Toyota yeni Mirai üçün elektrik stansiyası hazırlayıb
Sia Az-dan alınan məlumata görə, Icma.az xəbər verir Toyota yeni Mirai üçün elektrik stansiyası hazırlayıb.
Toyota Motor-un mətbuat xidməti bildirir ki, şirkət yeni yüksək məhsuldarlıqlı elektrokimyəvi generator və ya hidrogen yanacaq elementləri hazırlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yeni yanacaq elementlərinin Toyota-nın hazırda kommersiya məqsədli istehsal etdiyi yanacaq elementlərindən iki dəfə səmərəli olduğu və onların istehsal texnologiyasının daha az enerji tutumlu olduğu bildirilir.
Şirkət onların tətbiqinin çox geniş potensial spektrini görür, lakin əsas diqqət ağır texnikaya yönəlib: elektrik stansiyaları, gəmilər, dəmir yolu nəqliyyatı və yük maşınları.
Yeni generatordan yeni nəsil Mirai elektrik avtomobilində də istifadə olunacaq.
Yeni yanacaq elementlərinin nümunələri fevralın 19-dan 21-dək Tokioda hidrogen sənayesi sərgisi olan H2 & FC EXPO sərgisində nümayiş etdiriləcək.
Nazlı Almuradova

