Icma.az
close
up
RU
Toyu yasa çevirmək.. Toy karvanında avtoxuliqanlıq ətrafdakı sürücülərə ölümcül təhlükə sayılır

Toyu yasa çevirmək.. Toy karvanında avtoxuliqanlıq ətrafdakı sürücülərə ölümcül təhlükə sayılır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü Rəhman Şıxəliyev saxlanılıb. O, idarə etdiyi “BMW” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Sonradan həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Sürücü məhkəmənin qərarı sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, toy karvanında avtoxuliqanlıq etmək düşündüyümüzdən daha çox təhlükəlidir: “İlk növbədə bu ciddi mülki zərərə gətirib çıxara bilər. Çünki bəzən onlarla maşın eyni vaxtda hərəkət edir. Hətta sağlamlığa çox ciddi ziyan dəyə bilər, ölümə də səbəb ola bilər”.

Ramil Süleymanov / Foto: Bizimyol.info

Ramil Süleymanov qeyd edib ki, toy karvanında avtoxuliqanlıq nəticə ağır olmadıqda İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinin təsir dairəsinə düşür.

“511-ci maddədə qeyd olunur ki, xuliqanlıq mexaniki nəqliyyat vasitələrinin sürücü tərəfindən cəmiyyətə açıqca hörmətsizlik edilməklə, təkərlərini yer səthindən ayrılmaqla qaldırılması, eyni zamanda müəyyən səslərin çıxarılmasına deyilir. Bu arada bildirim ki, xuliqanlığa görə, İnzibati Xətalar Məcəlləsində ilkin törədildiyi halda 500 manatdan-700 manata qədər miqdarda inzibati qaydada cərimə tətbiq olunur və ya 1ilə qədər müddətə sürücülük hüququ məhdudlaşdırması və ya 15 gündən 1 aya qədər müddətə inzibati qaydada həbs edilməsi nəzərdə tutulur.

Əgər bu il ərzindən təkrarlanırsa, buna görə 2 il müddətinə sürücülük hüququnun məhdudlaşdırması ilə 750 manatdan 1000 manata qədər cərimə olunur və eyni zamanda 1 aydan-2 ay müddətə qədər də inzibati qaydada həbs olunma nəzərdə tutulmuşdur”-deyən hüquqşünas bildirib ki, xuliqanlığın nəticələri ğır olduqda, bu da artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin təsir dairəsinə düşür və nəticə etibarilə, şəxsə 5 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası da verilə bilər.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Noyabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri