Icma.az
close
up
RU
Toyuq ətinin bahalaşacağı iddiasına assosiasiya sədrindən CAVAB

Toyuq ətinin bahalaşacağı iddiasına assosiasiya sədrindən CAVAB

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ölkədə ətin qiymətinin baha olması vətəndaşları daha çox quş ətinə üstünlük verməyə məcbur edir.

Bu gün vətəndaşlar quş və quş əti məhsullarını mal və qoyun ətindən daha ucuz qiymətə ala bilirlər.

Bugünlərdə yayılan məlumat quş ətini də qiymətində dəyişiklik olacağı ilə bağlı təəssürat yaradıb. Belə ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, quşçuluq təsərrüfatlarının daha bir problemi ölkəmizdə elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində tətbiq olunan yeni tariflərdən qaynaqlanır: 

“Əvvəllər bütün kənd təsərrüfatı istehsalçılarına digər biznes sahələrindən fərqli qoşulma sistemi və tarifləri tətbiq olunurdu. Bu, digər biznes sahələri ilə müqayisədə daha aşağı rentabelli, həmçinin çoxsaylı risk faktorlarından asılı olan kənd təsərrüfatı istehsalçıları üçün mühüm güzəşt demək idi.

Lakin ölkədə tətbiq olunan yeni qanunverici baza, ona müvafiq olaraq Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2024-cü ilin 3 may tarixində qəbul etdiyi “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” qərar kənd təsərrüfatı istehsalçıları ilə digər biznes sahələri üçün eyni tariflər tətbiqini nəzərdə tutur.

Yeni tariflərə əsasən 600 kVt-lıq bir transformatorun qoyulması üçün quşçuluq təsərrüfatının 102-175 min manat arası qoşulma haqqı ödəməsi tələb olunur. Bundan əlavə, quşçuluq təsərrüfatları elektrik şəbəkəsinə qoşulma üçün texniki şərt almağa 70-100 min manat arası rüsumu ödəməli olurlar. Bu, quşçuluq təsərrüfatları üçün çox böyük maliyyə yükü yaradır.

Elektrik şəbəkəsinə qoşulmaq üçün ödəniləcək bu vəsait istehsal olunan məhsulun maya dəyərinə oturmaqla onu yüksəldir. Buna görə də kənd təsərrüfatı istehsalçılarının elektrik təchizatı şəbəkələrinə qoşulması tariflərinin digər biznes sahələrindən fərqləndirilməklə, daha aşağı tariflərin tətbiq olunması son dərəcə vacibdir”. 

Mövcud vəziyyət ölkədə quş və quş əti məhsullarının bahalaşmasına gətirib çıxaracaqmı?

Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli “Cebheinfo.az”-a bildirib ki, mövcud problem elektrik təchizatı şəbəkələrinə qoşulma ilə bağlıdır:

“Əvvəllər kənd təsərrüfatı sahəsinə, aqrar sektora Nazirlər Kabinetinin qərarına əsasən, güzəşt olunurdu. Elektrik təchizatı şəbəkələrinə qoşulma ilə bağlı vəsait tələb olunmurdu.

Ancaq hazırda 630 kVT-lıq bir tranformator xəttini qoymaq bir sahibkara 100-150 min manata başa gəlir. Bu, quşçuluq sahəsində əsas problemdir. Bununla bağlı müvafiq qurumlara müraciət etmişik”. Onun sözlərinə görə, müraciətlər nəticə vermədikdə, istənilən halda o elektrik təchizatı şəbəkələrinə qoşulmanın hamısının istehsal olunan malların maya dəyərinə böyük təsiri var:

“Onu inkar etmək olmaz, o təsir var. Ancaq hər il elektirk xətti qoyulduğunda maya dəyərinə təsir edir. Çünki ildə bir dəfə qoşulur. Ancaq bu gün sahibkar bilmir ki, elektrik xəttinin qoşulmasına, tikintiyə və yaxud quşun saxlanmasına pul tapsın.Gələcəkdə hansı obyektə elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi baş verərsə məhsulun da qiymətinə təsir edəcək”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Toyuq əti bahalaşma Mürvət Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri