Icma.az
close
up
RU
Trabzonspor bu qapıçıya görə Qalatasaray dan 3 futbolçu tələb edir

Trabzonspor bu qapıçıya görə Qalatasaray dan 3 futbolçu tələb edir

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fernando Muslera ilə vidalaşan ''Qalatasaray''da yüksək səviyyəli qapıçı axtarışı davam edir.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi ilk növbədə əcnəbi qapıçı gətirmək istəyir. Klubun gündəmində olan 3 əsas qapıçı artıq bəllidi.
Siyahının birinci pilləsində ''Real''ın ukraynalı üzvü Andrey Lunin, ikinci pilləsində uzun illərdən sonra bu yay ''Atletiko''nu tərk etmək ehtimalı yaranan Yan Oblak qərarlaşıb. 3-cü qapıçı isə ''Trabzonspor'' və Türkiyə yığmasının üzvü Uğurcan Çakırdı. 29 yaşlı əlcək sahibi ''sarı-qırmızılar''ın gündəmində yer alan yeganə yerli qapıçıdı. Ancaq ''Trabzonspor'' öz yetirməsi və kapitanını təbii ki, asanlıqla əldən buraxmaq niyyətində deyil. Qış transfer dönəmində Ərən Elmalının ''Trabzonspor''dan ''Qalatasaray''a keçidi zamanı bu iki klub arasında yaxşı münasibətlər yaranmışdı. Ona görə də Çakırın transfer durumu ciddiləşsə, klub prezidentlərinin görüşərək məsələni həll etməyə çalışacaqları gözlənilir.
İddialara görə ''Trabzonspor'' Uğurcanın əvəzinə ''Qalatasaray''dan 3 futbolçu tələb edir. Söhbət Xəlil Dərvişoğlu, Berkan Kutlu və Kərəm Dəmirbaydan gedir. Hətta deyilənə görə trabzonluların çalışdırıcısı Fatih Təkkə artıq Dərvişoğlu ilə danışaraq onu Trabzona dəvət edib. Bu futbolçu zatən geridə qoyduğumuz mövsümü icarə əsasında ''Qaziantep''də keçirmişdi. Yəni onun ayrılması ''Cim-Bom'' üçün faciə olmayacaq. Amma Berkan ilə Kərəm əsas heyət üzvü olmasalar da, tez-tez rotasiyada istifadə edilirlər. Ona görə də Okan Burukun onları buraxmağa razı olub-olmayacağı bilinmir. Hələlik ''Qalatasaray'' diqqətini Lunin ilə Oblaka yönəldib.
Bu qapıçıların keçidi həll olunmasa, o zaman Türkiyə çempionu diqqətini Uğurcana yönəldəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 İyun 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri