Icma.az
close
up
RU
Trabzonspor medal almağa çıxmadı!

Trabzonspor medal almağa çıxmadı!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlum olduğu kimi Qaziantepdə baş tutan Türkiyə kubokunun finalında ''Qalatasaray'' ''Trabzonspor''u 3:0 məğlub etdi.

Final fitindən sonra qaradənizlilərin hərəkəti diqqət çəkdi. Belə ki, onlar medal təqdimolunma mərasiminə qatılmadılar. Finallarda adətən öncə məğlub komandaya finalda iştiraka görə medal verilir. Daha sonra isə qalib komandaya medal və kubok təqdim olunur. Amma ''Trabzonspor''lu futbolçular final fitinin ardından paltardəyişmə otağına yollandılar və medal almaq üçün ordan qayıtmadılar.
Bu addım çox güman hakimliyə və federasiyaya etiraz əlaməti kimi atıldı. Finala təyinat alan Cihan Aydın Türkiyə futbol ictimaiyyətində ''Qalatasaray''lı kimi ad çıxarıb. ''Cim-Bom'' bu hakimin idarəçiliyi altında keçirdiyi 10-cu rəsmi oyunda da məğlub olmadı (8 qələbə, 2 heç-heçə). Trabzonlular ikinci buraxılan qol zamanı Osimhenin qayda pozuntusuna yol verdiyini iddia edərək uzun müddət hakimə etirazlarını bildirdilər. Matçın ardından baş məşqçi Fatih Təkkə o epizodla bağlı bunları dedi:

''Mənə yaraşmayacaq şeyləri mənə söylətdirməyin. 1994-cü ildən futbolun içindəyəm. İndi isə 2025-ci ildi. Mən hakimlərin çoxunun heç adını da bilmirəm. İkinci hissənin əvvəllərində buraxdığımız qol bizdə ciddi şübhələr yaratdı. Hakim belə önəmli oyunda monitor qarşısına keçib epizodu incələməli idi. Çünki çox şübhəli idi. Lap tutaq ki, qoldu. Amma VAR-a getmədən qol qərarı verirsə... Uzatmaq istəmirəm. Onun da ailəsi var. Amma biz artıq belə şeylərdən boğaza yığılmışıq. Trabzona gəldiyim gündən bunları çox yaşamışam. İnsanlar da artıq belə şeylərə reaksiya verməyimi, nəsə deməyimi gözləyirlər. Bizim heyətimiz də, gücümüz də bəllidi. Həvəsdən düşməyəcəyik. Mübarizəni davam etdirəcəyik''. ''Qalatasaray''ın çalışdırıcısı Okan Buruk isə rəqibin medal almağa çıxmamasına belə münasibət bildirdi: ''Trabzonspor''un öz duruşu var və buna hörmətlə yanaşıram. Bu addımın bizimlə əlaqəli olmadığını bilirəm. Finalda uduzan komandanın orda olması bəzən çox çətin olur. Dediyim kimi ''Trabzonspor''un fərqli düşüncə və duruşu var. Buna hörmətlə yanaşıram''.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 May 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri