Trabzonspor Qalatasaray la matçdakı davanın səbəbkarını açıqladı
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Trabzonspor" "Qalatasaray"la oyundan sonra baş verən insidentlə bağlı açıqlama yayıb.
QOL.az xəbər verir ki, klub hadisənin səbəbkarı kimi İstanbul təmsilçisinin futbolçusu Abdülkerim Bardakcıyı göstərib. Bildirilib ki, matçdan sonra Onuralp Çakıroğlu qələbəni qeyd edərkən Bardakcı ona yaxınlaşaraq "Sən neçə yaşındasan?" ifadəsini səsləndirib.
Onuralp isə buna reaksiya verməyərək rəqibini paltardəyişmə otağına getməyə işarə edib.
Buna baxmayaraq “Qalatasaray” futbolçusunun ona sözləri ilə psixoloji təsir göstərməyə davam etdirdiyi və fiziki müdaxiləyə cəhd göstərdiyi iddia olunub.
“Trabzonspor” rəhbərliyi futbolçusuna qarşı bu davranışı və sosial şəbəkələrdə edilən paylaşımları qınayıb, məsul şəxslərlə bağlı hüquqi addımlar atılacağını açıqlayıb.
Qeyd edək ki, “Trabzonspor” - “Qalatasaray” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 05 Aprel 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















