“Traktor” Asiyada ən çox pul alan İran komandası oldu
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Təbrizin “Traktor” futbol komandası Asiya Elit Liqasının 1/8 finalına yüksəlməklə Asiya Futbol Konfedrasiyasından təxminən 1,5 milyon dollar bonus alacaq.
Axar.az xəbər verir ki, bu barədə idman mediası məlumat yayıb.
Asiya Futbol Konfederasiyasının açıqlamasına görə, komandalar Elit Liqada iştirak etdikləri üçün 800.000 dollar, qrup mərhələsinin hər oyununda qalib gəldikləri üçün 100.000 dollar və 1/8 finala vəsiqə qazandıqları üçün 200.000 dollar mükafat alacaqlar.
Qrup mərhələsində beş oyunda qələbə qazanan “Traktor” yarışda iştirak etdiyi üçün alacağı 800.000 dollar da daxil olmaqla, 1,3 milyon dollar bonus qazanıb.
İndi komandanın 1/8 finalda iştirakı “Traktor”a daha 200.000 dollar qazandıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 Fevral 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















