Oğluna əsəbiləşən kişi arvadının başına telefon çırpdı
Icma.az bildirir, Lent az portalına istinadən.
Bakıda arvadına əsəbiləşən kişi onun başına telefon çırpıb.
Lent.az xəbər verir ki, 45 yaşlı Əlizamin Əliyev (ad və soyad şərtidir) gecə saatlarında 22 yaşlı oğluna zəng etsə də, o, telefona cavab verməyib.
Bundan sonra kişi həyat yoldaşı Gülnisənin (adı şərtidir) telefonundan oğluna zəng edib. Oğlu zəngi cavablandırdıqdan sonra kişi buna əsəbiləşərək telefonu arvadının başına çırpıb.
Faktla bağlı zərərçəkənin şikayəti əsasında cinayət işi başlanıb, Ə.Əliyev saxlanılıb.
Məhkəmədə zrərçəkmiş ifadəsində bildirib ki, uzun illər ərinin zorakılığına məruz qalıb. Həmçinin kişi onun adına 8 min manat kredit götürüb, lakin borcu ödəməyib. Bununla yanaşı o, oğlunu da evdən qovub.
Hadisə günü gecə saatlarında evə sərxoş gələn Əlizamin 22 yaşlı oğlu Səlimin onun zənginə cavab verməyib anasının zəngini açmasına əsəbiləşərək telefonu qadının başına çırpıb. Daha sonra ona müxtəlif xəsarətlər yetirib. Ertəsi gün hadisəyə aydınlıq gətirmək üçün gələn bacısını da təhqir edərək evdən qovub.
Zərərçəkmiş hadisədən 2-3 gün sonra polisə müraciət edib.
Əlizamin məhkəmədə özünü qismən təqsirli bilərək arvadına yalnız bir şillə vurduğunu, başqa xəsarət yetirmədiyini bildirib.
Qadın məhkəmədən ərinin onun adına götürdüyü kredit borcunu ödəməsini, bu mümkün olmadıqda isə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin qərarı ilə Ə.Əliyev 300 saat ictimai işlər cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 16 Noyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















