Icma.az
close
up
RU
Tramp 3 ölkə üçün yeni tarif planlarını açıqlayıb

Tramp 3 ölkə üçün yeni tarif planlarını açıqlayıb

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp prezident vəzifəsinə keçərkən Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Donald Tramp özünün “Truth Social” sosial media platformasında verdiyi açıqlamada sərhəd təhlükəsizliyini təmin etmək və ölkəyə narkotik, xüsusilə də fentanil ixracının qarşısını almaq üçün Meksika, Kanada və Çinə tətbiq edəcəyi tarifləri paylaşıb.

Trump, minlərlə insanın Meksika və Kanadadan keçərək ölkəyə daha əvvəl görülməmiş səviyyədə "cinayət və narkotik" gətirildiyinə diqqət çəkib. O bildirdi ki, Meksikadan gələn minlərlə insanın “karvanı” indi “açıq” olan ABŞ sərhədini keçmək cəhdlərində qarşısıalınmaz görünür.

Tramp: “Yanvarın 20-də verəcəyim ilk sərəncamlardan biri olaraq, Meksika və Kanadadan ABŞ-a daxil olan bütün məhsullara və onların absurd şəkildə açıq sərhədlərinə 25 faizlik rüsum tətbiq etmək üçün bütün lazımi sənədləri imzalayacağam. Bu tarif narkotik vasitələrin, xüsusilə fentanilin və bütün qeyri-qanuni əcnəbilərin ölkəmizə təcavüzünü dayandırana qədər qüvvədə qalacaq”,- deyə bildirib.

Meksika və Kanadanın uzun müddətdir davam edən problemi asanlıqla həll etmək üçün mütləq hüquq və gücə malik olduğunu ifadə edən Tramp: “Biz onlardan bu gücdən istifadə etmələrini tələb edirik və bunu edənə qədər onların çox yüksək qiymət ödəmələrinin vaxtı çatıb”, - deyib.

Tramp ABŞ-a göndərilən külli miqdarda narkotik, xüsusilə fentanillə bağlı Çinlə çoxlu söhbətlər etdiyinə diqqət çəkib və deyib: “Çinli nümayəndələr mənə dedilər ki, bunu edən narkotik alverçilərinə maksimum cəza, ölüm hökmü tətbiq edəcəklər, lakin təəssüf ki, bunu heç vaxt etməyiblər və narkotiklər ölkəmizə əvvəllər heç vaxt görünməmiş səviyyədə axır, əsasən də Meksika vasitəsilə. Biz bunu dayandırana qədər ABŞ-a gələn bütün Çin məhsullarına əlavə rüsumların üzərinə əlavə 10 faiz rüsum tətbiq edəcəyik”, - deyə o bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2024 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri