Icma.az
close
up
RU
Tramp 7 federal agentliyin ləğvi haqqında sərəncam imzalayıb

Tramp 7 federal agentliyin ləğvi haqqında sərəncam imzalayıb

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ləğv edilən qurumlar arasında “Azadlıq” və “Amerikanın Səsi” radiolarına nəzarət edən agentlik də var

ABŞ Prezidenti Donald Tramp “Azadlıq” və “Amerikanın Səsi” radiolarının işinə nəzarət edən ABŞ Qlobal Media Agentliyinin (USAGM) və daha altı federal agentliyin ləğvi haqqında sərəncam imzalayıb. AYNA.AZ xəbər verir ki, müvafiq sənəd Ağ Evin saytında dərc olunub.

Sərəncamın mətninə görə, Tramp bu qurumların qanuni olmayan komponentlərinin və funksiyalarının “mümkün qədər aradan qaldırılmasını” tələb edib. Bundan əlavə, o, təşkilatlara nizamnamələrində nəzərdə tutulan funksiyaların yerinə yetirilməsini minimuma endirməyi, işçilərini əhəmiyyətli dərəcədə azaltmağı əmr edib.

Siyahıya USAGM-dən əlavə Vudro Vilson Siyasət Araşdırmaları Mərkəzi, həmçinin əmək mübahisələri, evsizlərə dəstək, muzeylər, arxivlər və kitabxanaların maliyyələşdirilməsi, yoxsulluqla mübarizə proqramları üzrə ixtisaslaşmış agentliklər də daxildir. Təsirə məruz qalan departamentlərin rəhbərlərindən martın 21-dək Ağ Evin Büdcə İdarəsinə sərəncamın tələblərinə tam əməl etmələri barədə hesabat təqdim etmələri tələb olunur.

“The New York Times” yazıb ki, Tramp öz sərəncamı ilə səlahiyyətlərinin sərhədlərini sınaqdan keçirir. Çünki USAGM, ABŞ Konqresinin qərarına əsasən, müstəqil bir agentlikdir. Nəşr vurğulayıb ki, “Amerikanın Səsi” və “Azadlıq” radiosu dünya hadisələrini xarici auditoriya üçün obyektiv işıqlandırmalıdır.

USAGM hazırda “Azad Avropa/Azadlıq Radiosu” və “Amerikanın Səsi” də daxil olmaqla beş Amerika beynəlxalq media şəbəkəsini idarə edir. Agentliyin büdcəsi təqribən 270 milyon dollardır və onun media orqanları 49 dildə yayımlanır, həftəlik 361 milyon insan auditoriyasına çatır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Mart 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri