Tramp 72 saat ərzində ABŞ siyasətini alt üst etdi
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp son 72 saat ərzində Amerika siyasətinin onilliklər ərzində formalaşmış prinsiplərini alt-üst edib və özünün 18 aylıq diplomatik səylərinə ciddi zərbə vurub. O, Rusiya dizel yanacağının idxalına tətbiq edilən sanksiyaları aradan qaldırıb, eyni zamanda özünün imzaladığı qanunları pozub.
Axar.az xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin Stravros Niarkos Fondunun “Agora” İnstitutunda və Beynəlxalq Münasibətlər üzrə Qabaqcıl Araşdırmalar Məktəbində baş elmi işçi olan Enn Eplbaum bildirib.
Eplbaum xatırladıb ki, Tramp daha əvvəl Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələr endirməyə davam edəcəyi təqdirdə Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandıracağı ilə hədələmişdi. O vurğulayıb ki, bununla ABŞ prezidenti Ukraynadan ən təsirli silahından imtina etməyi tələb edir, lakin bunun müqabilində Rusiyadan heç nə istəmir:
“Bundan əlavə, Tramp Rusiyanın Ukraynanın enerji infrastrukturu obyektlərinə və zavodlarına, hətta Amerika şirkətlərinə məxsus müəssisələrə hücumlarını belə pisləməyib. O, həmçinin Rusiyanın son hücumları nəticəsində həlak olan ukraynalı uşaqlarla bağlı başsağlığı da verməyib.
Tramp yalan danışmaqda da davam edir. Məsələn, o, Ukrayna ilə Rusiyanın guya “enerji atəşkəsi” barədə razılığa gəldiyini bəyan edib. Lakin qısa müddət sonra Rusiya qüvvələri Xarkovdakı elektrik stansiyasına zərbə endiriblər. ABŞ prezidenti hətta danışıqların qarşısını almaqda Ukraynanı günahlandırıb. Halbuki ukraynalılar dəfələrlə atəşkəs təklif ediblər, Rusiya isə nə atəşkəsə, nə də ümumiyyətlə hər hansı konstruktiv danışıqlara razılıq verib.
Tramp daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskini danışıqlar üçün “maneə” adlandırıb və hətta Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığına eyham vurub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 13 Oktyabr 2026 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















