Tramp ABŞ dövlət katibi vəzifəsinə senator Rubionun namizədliyini irəli sürdü
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatından senator Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyi barədə qərarını açıqlayıb.
Bu barədə Respublikaçılar Partiyasının keçid komandasının yaydığı bəyanatda deyilir.
“Marko xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimizə sadiq dost və rəqiblərimizə heç vaxt boyun əyməyən qorxmaz döyüşçü olacaq”, - mətndə qeyd olunur.
Qeyd edək ki, Rubio Trampın Ukrayna ilə bağlı ümumi mövqeyini dəstəkləyir. O, 2024-cü ilin aprelində Ukraynaya qəbul edilən 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə Senatda səs verən 15 respublikaçı arasında olub.

Tramp dövlət katibi vəzifəsinə Rubionun namizədliyini irəli sürdü
14 Noyabr 2024 01:26
Tramp ABŞ dövlət katibi vəzifəsinə senator Rubionun namizədliyini irəli sürüb
14 Noyabr 2024 00:40
Tramp Rubionun ABŞ dövlət katibi olmasını istəyir
14 Noyabr 2024 09:40
Tramp ABŞ dövlət katibi vəzifəsinə Marko Rubionu irəli sürdü
14 Noyabr 2024 09:25

