Tramp ABŞ və Qrenlandiyanın münasibətləri haqqında video paylaşdı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp ölkəsi ilə Qrenlandiyanın dostluğu haqqında video paylaşıb.
Oxu.Az-ın məlumatına görə, müvafiq material onun "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Videoda Birləşmiş Ştatlar və Qrenlandiya xalqları arasındakı dostluqdan bəhs edilir, İkinci Dünya müharibəsi dövründə qrenlandiyalıların və amerikalıların birlikdə Qrenlandiyanı nasistlərin hücumlarından qoruduğu misal gətirilir.
Eyni zamanda, videoda iddia edilir ki, hazırda Qrenlandiya Rusiya və Çin tərəfindən yeni təhdidlə üzləşir.
Xatırladaq ki, ABŞ prezidenti martın 26-da bəyan edib ki, Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi milli və beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün zəruridir. Bununla yanaşı, o etiraf edib ki, Qrenlandiya sakinlərinin Birləşmiş Ştatların tərkibinə daxil olmaq istəyinin olub-olmadığını bilmir, lakin qeyd edib ki, onları ABŞ vətəndaşı olmağa inandırmaq lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 Mart 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















