Icma.az
close
up
RU
Tramp administrasiyası Çinlə praqmatik münasibət qursa, müharibə və ya gərginliyin tonnajı enə bilər

Tramp administrasiyası Çinlə praqmatik münasibət qursa, müharibə və ya gərginliyin tonnajı enə bilər

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Financial Times” Donald Tramp hakimiyyəti dövründə Çin və Amerika arasında münasibətlərin gərginləşəcəyinin proqnozunu verib. İddialara görə, iki ölkə arasında soyuq müharibə dərinləşə də bilər.

Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son 30 ilə baxdığımız zaman xüsusilə soyuq müharibədən sonra getdikcə artan çox cəhətli və çox coğrafiyalı rəqabəti görmək mümkündür.

Nazim Cəfərsoy

“İstər “Demokratlar” dönəmində, istərsə də “Respublikaçılar” dönəmində ABŞ-Çin münasibətlərində rəqabətin həddi son 30 il içərisində müqayisəli şəkildə artıb. “Demokratlar” daha çox bu məsələlərdə “Respublikaçılar”la müqayisəli olaraq, istər Obama olsun, istərsə də Bayden olsun daha çox əməkdaşlıq və Çinlə açıq rəqbət yerinə daha dolaylı, daha örütülü münasibətləri seçirdilər. Çində demokratiya və insan hüquqları kimi məsələləri zaman-zaman tənqid edirdilər, bununla yanaşı əməkdaşlıq etməyə də çalışırdılar. Bayden adminstrasiyası dövründə qlobal siyasətdə ABŞ-Çin münasibətindən daha çox ABŞ-Rusiya rəqabəti gördük və bunun nümunəsi Ukraynada özünü göstərdi. Eyni zamanda postsovet coğrafiyada, Ukrayna xaricində və Cənubi Qafqazda müəyyən mənada özünü göstərməyə çalışdı. Bu, həm də Türkiyə-ABŞ, Türkiyə-Rusiya münasibətləri kontekstində diqqət çəkdi”-deyə Nazim Cəfərsoy qeyd edib.

“Təxminən 2 il əvvəl ABŞ konqresinin rəhbəri Pelosinin Tayvana getməsini nəzərə almasaq, “Demokratlar” dövründə xüsusən Bayden adminstrasiyası dövründə ABŞ-la Çin arasında çox kəskin bir rəqabətdən bəhs etmək mümkün deyil. Kəskin və çox boyutlu bir rəqabət görə bilmədik. Daha çox örtülü və ya kontrollu bir rəqabət və ya irili-xırdalı gərginlikdən bəhs edilə bilərdi. Bu vəziyyət təbii ki, Çinin qlobal siyasətə baxışı ilə əlaqəli idi. Ümumi prinsip olaraq, Çin ümumiyyətlə beynəlxalq münasibətlərdə kəskin dönüşlər etməkdən yana deyil. Xüsusən ABŞ-la münasibətlərində kəskin münasibətlər ortaya qoymaq fikirində deyildi və açıq bir rəqabətə girmək niyyətində olmadığını da zaman-zaman dilə gətirirdi. Çinin daha yavaş, daha geniş perioda yayılan daha mərhələli biri böyümə və ya dünyaya təsir göstərmək strategiyası var. Çin dünyada öz təsirini artırmaq strategiyasını izləyirdi. Burada yumşaq gücü - iqtisadi güc, müəyyən mənada diplomatiyanı ciddi şəkildə nəzərə alırlar”-deyə Nazim Cəfərsoy bildirib.

Siyasi şərhçi əlavə edib ki, Bayden dövründə maraqlı hadisələr baş verib: “ABŞ iqtisadiyyatı son 30 ildə daha geri bir mövqeyə getməyə başlayarkən, Çin iqtisadiyyatı və Çin diplomatiyası inkişaf etməyə davam etdi. Bu da Çinin iqtisadi dünya üzrə iqtisadi bazarlarda ABŞ və Qərbin təsir imkanlarını daha da azaldan bir tendensiya ilə qarşımıza çıxdı.

Eyni zamanda Çin son 5 ildə ciddi şəkildə öz diplomatiyasını fəallaşdırıb. Afrikada, İranla Səudiyyə Ərəbistanı arasındakı böhranda, müəyyən mənada Qəzza məsələsində və Ukrayna məsələsində, hətta zaman-zaman Cənubi Qafqazda və Amerikanın qlobal təsir imkanları üçün əhəmiyyətli olan bölgələrdə öz təsirini artırmağa çalışır. Həm də Çinin ənənəvi olaraq, güclü olmadığı və ya fəal olmadığı bölgələrdə də - istər Ukrayna məsələsində olsun, istər Suriya məsələsində olsun, istərsə də Yaxın Şərqdə İranla münasibətlərdə öz təsir imkanlarını ortaya qoymağa başladı. Bu reallıq təbii ki, ABŞ-ı narahat edir”.

“Mövcud Tramp adminstrasiyasının komandasına baxdığımız zaman önümüzdəki dönəmdə Çinlə ABŞ arasındakı münasibətlərdəki gərginliyin və ya mübarizənin daha açıq təbəqələrini görəcəyik. Donald Tramp əvvəlki prezidentliyi dövründə Çinlə münasibətlərdə daha kəskin tonları ortaya qoymağa çalışırdı. İndi yeni yaratdığı komandasına, başda Donald Tramp olmaqla, komandanın üzvlərinin müəyyən açıqlamalarına və bu çərçivədə amerikan analitiklərin fikirlərinə baxdığımız zaman başda iqtisadi məsələlər və tariflər, müəyyən vergilər olmaq üzrə bu istiqamətdə Çinlə münasibətlərin daha açıq müstəviyə keçmək ehtimalını gözardı etmək olmaz. Yəni bu ehtimallar artır. Trampın belə bir maraqlı yanaşması var. Donald Tramp və ya ümumiyyətlə amerikan diplomatiyasının ana məqsədi təzyiqi hədəfə çevirmək deyil, təzyiqi bir vasitə olaraq görməkdir”-deyən Nazim Cəfərsoy qeyd edib ki, Çinlə ABŞ arasında praqmatik münasibətlər qurulsa, açıq müharibə və ya gərginliyin tonnajı enə bilər və mövcud Tramp administrasiyası buna açıq olduğunun işarələrini verir.

“Donald Trampın inaqurasiyasına Çin rəhbərini də dəvət edildiyi xəbərləri yayılıb. Bu da əslində Çinlə rəqabət edərkən əməkdaşlığa da qapı açdığını ortaya qoyur. Bu da klassik praqmatik biznesmen baxışıdır. Donald Trampın komandasında bu baxışın təsirləri də yetərincə güclüdür”-deyə Nazim Cəfərsoy vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri