Tramp administrasiyasında yeni gərginlik: Rubio məmurlara xəbərdarlıq etdi
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə "Reuters" vəziyyətlə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ötən həftə keçirilən müşavirədə M.Rubio qərarların razılaşdırılmadan qəbul edilməsini tənqid edib. O, əhəmiyyətli təşəbbüslərin onun özü və ya dövlət katibinin müavini Kristofer Landau tərəfindən təsdiqlənməsini tələb edib.
"Görüş ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Gilfoylun istefasından sonra baş tutub. Media orqanları onu ABŞ Prezidenti Donald Trampın administrasiyasının rəsmiləri ilə ödəniş müqabilində əlaqələrin qurulmasını təşkil etməkdə ittiham edib. O, ittihamları rədd edib", - agentliyin mənbələri vurğulayıblar.
Onlar, həmçinin siyasi planlaşdırma bölməsinin rəhbəri Ceremi Lyuinin sonradan vəzifəsindən ayrılmasını onun razılaşdırılmamış hərəkətləri ilə bağlı iradlarla əlaqələndiriblər. C.Lyuin özü könüllü olaraq getdiyini və qərarının müşavirə ilə bağlı olmadığını bildirib.
Dövlət Departamentindən görüşlə bağlı məlumatı "Reuters"ə şərh etməkdən imtina ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Noyabr 2026 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















