Icma.az
close
up
RU
Tramp Amerika və dünya üçün nə VƏD EDİR...

Tramp Amerika və dünya üçün nə VƏD EDİR...

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerikada seçkilərin nəticələrinə görə, 47-ci ABŞ prezidenti bəlli olacaq. ABŞ vətəndaşları iki namizəddən birinin, ya Donald Trampın, ya da Kamala Harrisin qalib gələcəyini bilir. Hazırki nəticələrə görə, Tramp rəqibi Kamalanı qabaqlayır. Amma prezident seçilmək üçün namizəd bütün ştatlardan 538 seçki kollegiyası səsinin ən azı 270-ni qazanmalıdır. 

Hazırda bir çox mətbuat orqanı Trampın qələbə qazandığını elan edib. Trampın özü də qələbə qazandığını bildirib.

ABŞ-da seçki siyasəti

ABŞ siyasətində iki partiyanın - Demokratlar və Respublikaçıların hakimiyyəti var.

Bu iki partiya bütün ştatlarda önseçkilər və partiya qurultayları təşkil edərək, sədr namizədi müəyyənləşdirir.

Namizədlərin müəyyən olunmasında partiyalar arasında bəzi fərqlər var. Bu proses də ştatdan-ştata dəyişir.

Seçkini qazanan ən çox səs verilən namizəd olmaya bilər.

Hər iki namizəd 50 ştatda təşkil olunan Seçki Kollegiyası seçkilərini qazanmaq üçün yarışır.

Hər bir ştatda əhali sayından asılı olaraq müəyyən sayda seçki kollegiyası səsləri var. Ümumilikdə 538 səsdən söhbət gedir və qalibə azı 270 səs lazımdır.

Seçicilər qeydiyyatda olduqları ştatın Seçicilər Kollegiyasına göndərəcəyi nümayəndələri, nümayəndələr isə prezidenti və vitse-prezidenti seçir.

İki ştatdan başqa, digərlərində seçkini qazanan namizəd bütün kollegiya səslərinə sahib olur.

Men ve Nebraska ştatlarında isə nümayəndələr namizədlərin aldığı səs nisbətinə görə paylaşdırılır.

Ştatların əksəriyyəti bu və ya digər partiyaya meyllidir. Buna görə də diqqət hər iki namizədin qalib gəlmək şansı olan təxminən 7 ştata yönəlib. Bu ştatlar “döyüş meydanı” və ya dəyişkən ştatlar kimi də tanınır.

Seçicilərin səs verməsi üçün namizədlərin vədləri də önəmli rol oynayıb.

Belə ki, Kamala Harris abort hüququnu müdafiə edir və işləyən ailələr üçün yemək və mənzil xərclərini azaltmağı vəd edib.

Donald Tramp isə sərhədi bağlayacağını vəd edib və trilyonlarla verginin azaldılmasını təklif edib.

Tramp eyni zamanda seçki kampaniyasını Tesla” və “SpaceX”in sahibi İlon Mask ilə birgə aparıb.

ABŞ-ın keçmiş prezidenti seçkilərdə qalib gələrsə, hökumətin səmərəliliyini artırmaq üçün islahatlar aparacaq komissiya yaratmağa söz verib. Bu komissiyaya isə İlon Mask rəhbərlik edəcək.

Bəs seçkinin nəticələri nə vaxt bilinəcək?

Əvvəlki seçki təcrübələrinə əsasən deyə bilərik ki, seçkinin qalibi seçki gecəsi elan edilir. Amma sonuncu 2020-ci ildə bütün səslərin sayılması bir neçə gün çəkdi. Əgər prezident dəyişikliyi olarsa, seçkidən sonrakı dönəm keçid dövrü kimi tanınır.

Bu, həm də nazirlərin, yeni idarəedicilərin formalaşması və yeni dönəm üçün planlar qurulması dövrüdür.

Bu gün seçiləcək prezident isə 2025-ci ilin yanvarından Ağ Evdə dörd il müddətinə prezident vəzifəsini icra edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri