Tramp aralıq seçkilərlə bağlı iddialı danışıb: “Böyük sürpriz olacaq”
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə gözləniləndən daha yaxşı nəticə göstərəcəyini bildirib.
APA “Al Jazeera”ya istinadən xəbər verir ki, Tramp Ohayo ştatının Vandaliya şəhərində Respublikaçı namizədlərə dəstək məqsədilə keçirilən mitinqdə çıxış edib. O, seçkilərdə “böyük sürpriz” olacağını söyləyib.
Tramp seçiciləri səsvermədə fəal iştirak etməyə çağırıb. O, senator Con Hasted, qubernatorluğa namizəd Vivek Ramasvami və digər respublikaçılara dəstək verib.
Sorğular Demokratların aralıq seçkilərdə mövqelərini gücləndirə biləcəyini göstərir. Ohayoda Senat uğrunda mübarizə də gərgin keçir. Respublikaçı Con Hasted keçmiş demokrat senator Şerrod Braunla rəqabət aparır.
Tramp mitinqdə süni intellekt üçün istifadə olunan məlumat mərkəzlərinin tikintisini də müdafiə edib. Bu layihələr Ohayoda elektrik enerjisinin qiymətləri, su ehtiyatları və kənd təsərrüfatı torpaqlarına təsiri səbəbindən mübahisələrə yol açıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 04 Oktyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















