Tramp Avropa İttifaqından Rusiyanın müttəfiqlərinə 100% rüsum tətbiq olunmasını tələb edir
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ lideri Donald Tramp Avropanı Rusiyanın ticarət tərəfdaşlarına qarşı kütləvi rüsumlar tətbiq etməyə çağıraraq, ölkəsinin də eyni addımı atacağını vəd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Xüsusilə Tramp Rusiyaya təzyiqi artırmaq üçün Avropa İttifaqını (Aİ) Hindistan və Çinə 100%-lik ikinci dərəcəli tariflər tətbiq etməyə çağırıb. Qeyd olunur ki, o, bu təklifi Avropa liderləri ilə Moskvanı sülhə məcbur etmək üçün tədbirlərin müzakirəsi zamanı verib.
"Son həftələrdə Putin ABŞ-nin sülh razılaşması əldə etmək səylərinə baxmayaraq, Ukrayna şəhərlərini bombalamağa davam etdiyi üçün Tramp Moskvadan getdikcə daha çox məyus olub", - deyə məlumatda bildirilir.
Bundan əvvəl ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo bildirmişdi ki, Avropa ölkələri Rusiyanın enerji resurslarını almağı dayandırmalı və Moskvaya qarşı real sanksiyalar tətbiq etməlidir. O, Rusiya Prezidenti Vladimir Putinin sülh yolu ilə nizamlanmada maraqlı olmadığını iddia edir. Siyasətçi hesab edir ki, bu ona baha başa gələnə qədər Moskva mövqeyinə sadiq qalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 10 Sentyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















