“Tramp Avropa üçün problem olacaq” Şolts
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Almaniya Kansleri Olaf Şolts ABŞ-nin yeni Prezidenti Donald Trampın çətin olacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Şolts Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında deyib.
“Bu həftə yeni ABŞ administrasiyasının şahidi olduq. Prezident Tramp, indi aydın olduğu kimi, çətin olacaq”, - Şolts deyib.
O əlavə edib ki, Avropa və ABŞ-ni çoxillik dostluq və tərəfdaşlıq tarixi birləşdirir:
“Və biz bu möhkəm təməl üzərində əlaqələr qururuq”.
Onun sözlərinə görə, Tramp artıq bir sıra qərarlar verib:
“Əlbəttə, biz onları avropalı tərəfdaşlarımızla birlikdə diqqətlə təhlil edəcəyik”.
Eyni zamanda, Şolts Avropanın təxminən 450 milyon insanın yaşadığı böyük bir iqtisadi bölgə olduğunu vurğulayıb:
“Avropa gizlənməyəcək və qorxmayacaq, əksinə konstruktiv və özünə güvənən tərəfdaş olacaq. Bu əsasda biz ABŞ və Amerikanın yeni prezidenti ilə səmərəli əməkdaşlıq edəcəyik”.
Bu mövzuda digər xəbərlər:Tramp: Putinin istəyi bizim üçün problem olacaq
17 Fevral 2025 10:26
Şolts: “Trampın hakimiyyətə gəlişini Avropa üçün siqnaldır”
24 Yanvar 2025 01:40
Şolts brifinqdə: NATO nun Avropa ayağını gücləndirmək üçün...
12 Mart 2025 19:39
Tramp Amerika üçün daha böyük problem yaradır
03 Mart 2025 11:49
Tramp müharibəni bitirmək istəyir Şolts
28 Dekabr 2024 10:31
Baxış sayı:143
Bu xəbər 22 Yanvar 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















