Icma.az
close
up
RU
Tramp Azərbaycandan gedən mallara rüsum tətbiq etdi

Tramp Azərbaycandan gedən mallara rüsum tətbiq etdi

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ milli təhlükəsizliyi təhdid edən ticarət balanssızlığına görə fövqəladə vəziyyət elan edib. 

"Unikal" xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp bəyan edib.

"Bu təhlükənin mənbəyi ABŞ-dən kənarda, əsas ticarət tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Bununla da ölkədə fövqəladə vəziyyət elan edirəm", - deyə o qeyd edib. 

Tramp vurğulayıb ki, ABŞ-nin əsas ticarət tərəfdaşları ilə iqtisadi münasibətləri son dərəcə balanssızlaşıb.

Buna görə də ABŞ lideri Azərbaycan (10%) da daxil olmaqla 185 ölkədən idxal olunan mallara rüsumlar tətbiq edib. 

Qərara görə, baza dərəcəsi 10 faiz olacaq. Hər bir ölkə üçün əlavə rüsumlar tətbiq olunacaq. Xüsusilə, Avropa İttifaqından gələn mallar amerikalılar üçün 20 faiz bahalaşacaq.

Tramp tariflərdən əldə edilən gəliri ölkənin milli borcunu ödəmək üçün istifadə edəcəyinə söz verib: "İndi çiçəklənmək və vergilərimizi azaltmaq və milli borcumuzu ödəmək üçün trilyonlarla  dollarlardan istifadə etmək növbəsidir və hər şey çox tez baş verəcək".

Ağ Evin rəhbəri ölkələrin Amerika mallarına tətbiq etdiyi rüsumların və Vaşinqtonun cavab tədbirlərinin sadalandığı cədvəli də göstərib. Ən yüksək tariflər Kambocada (49 faiz), Vyetnamda (46), Taylandda (36), Çində (34), Tayvanda (32) və Cənubi Afrikada (30) aşkar edilib.

Rusiya isə Trampın siyahısında yer almayıb. Siyahıda Belarus, İran, Kanada və Meksika da yoxdur. Daha sonra ABŞ-nin maliyyə naziri Skott Bessent izah edib ki, Moskva ABŞ-nin tariflər siyahısında deyil, çünki sanksiyalar səbəbindən ABŞ onunla ticarət etmir.

Tramp hətta Sakit Okeandakı kimsəsiz Heard və McDonald adalarına da rüsumlar tətbiq edib. Avstraliyaya aid olan bu vulkanik birləşmələrdə heç bir bitki örtüyü belə yoxdur və pinqvin koloniyaları yaşayır. Amerika liderinin bu ərazidən hansı konkret mallara 10 faizlik rüsum tətbiq etməyə qərar verdiyi açıqlanmır.

O, həmçinin idxal olunan avtomobillərə, yüngül yük maşınlarına və avtomobil hissələrinə 25 faiz rüsum tətbiq edən sərəncam imzalayıb.

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Aprel 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri