Tramp Bayden dövründə qəbul edilən 200 min qaçqının yenidən yoxlanılmasını əmr edib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Bayden dövründə ölkəyə qəbul edilən təxminən 200 min qaçqının statusunun yenidən genişmiqyaslı qiymətləndirilməsinə başlayıb.
APA xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti direktorunun səlahiyyətlərini icra edən Cozef Edlov tərəfindən imzalanmış xidməti memorandumda bütün qaçqınların “təkrar attestasiyadan” keçirilməsi tapşırılır. Sənədin tətbiqi minlərlə insanın ABŞ-dakı gələcək statusuna təsir göstərə bilər.
Memoranduma görə, 20 yanvar 2021-ci ildən 20 fevral 2025-ci ilədək ABŞ-a qəbul edilən bütün qaçqınlar yenidən müsahibədən keçməli və şəxsi işləri tam şəkildə yenidən araşdırılmalıdır. Sənəddə qeyd olunur ki, Bayden administrasiyası dövründə “məqsədəuyğunluq” və “miqdar” “ətraflı yoxlamadan” üstün tutulub və buna görə də Tramp administrasiyası hər bir işə yenidən baxmağı zəruri sayır.
Bu addım qaçqınların statuslarının dondurulmasına, proseslərin ləngiməsinə və bəzi şəxslər barəsində qəbul edilmiş qərarların ləğvinə gətirib çıxara bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 25 Noyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















