Icma.az
close
up
RU
Bayden dövründə zəiflədilən ABŞ Azərbaycan münasibətləri Tramp dövründə müsbət istiqamətdə yüksəlişə keçdi

Bayden dövründə zəiflədilən ABŞ Azərbaycan münasibətləri Tramp dövründə müsbət istiqamətdə yüksəlişə keçdi

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“2025-ci il Azərbaycan üçün istər siyasi, istərsə də iqtisadi müstəvidə olduqca diqqətçəkən hadisələrlə yadda qaldı. 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq bir neçə aydır ki, iki ölkə sülh şəraitində yaşayır. Bunun nə demək olduğunu əyani görürük”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, bu prosesin, bu mərhələnin özü də son dərəcə mühüm mərhələdir.

Azər Badamov

“Biz illər ərzində-həm müstəqillikdən əvvəl, həm də müstəqillikdən sonra dövlət və xalq olaraq müharibə şəraitində yaşamışıq. Müharibənin bir deyil, müxtəlif mərhələləri ilə sınağa çəkilmişik. Burada söhbət müharibənin fəal mərhələsindən, atəşkəs mərhələsindən, İkinci Qarabağ müharibəsindən, lokal antiterror əməliyyatlarından, etimad quruculuğu dövründən və şübhəsiz ki, avqustun 8-i tarixindən sonrakı dövrdən gedir.

2025-ci ilin 8 avqustunda döyüş meydanında əldə etdiyimiz Qələbəni siyasi müstəvidə möhkəmləndirdik, buna möhür vurduq. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu, sadəcə 2025-ci ilin deyil, müstəqillik tariximizin ən yaddaqalan hadisələrindən biri oldu. Və çox keçmədən həmin bu nailiyyət sadəcə Azərbaycana deyil, bütün bölgəyə siyasi və iqtisadi dividentlər gətirməyə başlayıb. Çox qısa müddətdə olsa da nəticələr əldə etmişik. Deməli, düzgün yoldayıq, prosesləri önə doğru aparmaq hər bir tərəfə sərf edir.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan-ABŞ münasibətləri baxımından 2025-ci il həqiqətən də tarixi ildir. Çünki müstəqillik əldə edildikdən sonra 907-ci düzəliş həm münasibətlərə mənfi təsir edirdi, həm də bizim dünyanın bir nömrəli dövləti ilə yüksək səviyyədə münasibətlər qurmağımıza mane olurdu. Və bundan məkirli tərəflər çox yaxşı istifadə edirdilər. Zaman-zaman münasibətlərdə xoş ab-hava müşahidə olunsa da, Bayden və Blinken hakimiyyəti dövründə bu münasibətlər tamamilə mənfi istiqamətdə inkişaf etdi. Donald Trampın hakimiyyətə gəlişindən sonra münasibətlər yeni bir mərhələyə qədəm qoydu. Artıq ABŞ və Azərbaycan arasında Strateji İşçi Qrupunun yaradılması sənədi imzalanmışdır. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması prosesi gedir və bu istiqamətdə fəal işlərə artıq start verilib”-deyə deputat bildirib.

Azər Badamov qeyd edib ki, Zəngəzur dəhlizinin açılması inkarolunmaz reallıqdır: “Zəngəzur dəhlizinin açılması ABŞ Prezidenti tərəfindən də dəstəklənir və şübhəsiz ki, 2026-cı il daha praktik nəticələrlə yadda qalacaq. Çünki artıq ABŞ-a dövlət başçımızın göstərişi ilə nazirlər, özəl sektor nümayəndələri, məsul şəxslər olmaqla dörd rəsmi heyət ezam edilmişdir və müxtəlif istiqamətlər üzrə münasibətlərin inkişafı gündəlikdə durur. 2026-cı il məhz bu fundament üzərində daha da genişləndiriləcək”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri