Icma.az
close
up
RU
Tramp Baydendən fərqli olaraq Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına təşəbbüs göstərəcək Komitə sədri

Tramp Baydendən fərqli olaraq Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına təşəbbüs göstərəcək Komitə sədri

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Öz suverenliyini, ərazi bütövlüyün təmin edən Azərbaycanın hazırda bölgədə güclü dövlət olması, dünya ölkələri arasında nüfuz qazanması Avropa Şurası, Avropa İttifaqı kimi təşkilatlar, o cümlədən bir neçə ermənipərəst dövlət tərəfindən sanki qısqanclıqla qarşılanır. ABŞ də təəssüf ki, bir neçə gün öncə prezident postundan getmiş Co Bayden administrasiyası zamanında ölkəmizə qarşı qərəzli münasibəti ilə yadda qaldı. Yəni Baydenin hakimiyyəti illərində ABŞ-Azərbaycan münasibətlərində soyuqluq yaşandı.

Bəs Donald Trampın ABŞ-də ikinci dəfə prezident kürsüsündə əyləşməsindən sonra Amerika-Azərbaycan münasibətləri hansı istiqamətdə irəliləyəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, hər bir dövlət rəhbərinin özünün siyasi kursu var və bu kurs milli maraqlara, dövlətin idarə edilməsinə, onun təhlükəsizliyinin təmin olunmasına əsaslanır:

"Bu kurs həm də beynəlxalq normalara, bəşəri dəyərlərə istinadən həyata keçirilməlidir. Çox təəssüf ki, bir çox hallarda bəzi dövlət rəhbərləri beynəlxalq normalara, hüququn prinsiplərinə, beynəlxalq əməkdaşlığa zidd hərəkət edərək, ancaq ölkənin milli maraqları mövqeyindən tam çıxış edir və öz şəxsi mənafelərini ön plana çəkirlər. Baydenin dövründə biz bunun şahidi olduq. Çünki ondan əvvəl Trampın hakimiyyəti dövründə Azərbaycan-Ermənistan münasibətləri sağlam məcrada davam edirdi, beynəlxalq hüquq normalarına uyğun əsaslı tədbirlər görülürdü. Bir çox məsələlərdə Tramp administrasiyası beynəlxalq normalar mövqeyindən, öz təkliflərini, təşəbbüslərini verirdilər. Ancaq təəssüflər olsun, Baydenin hakimiyyəti dövründə biz bunu görmədik. İstər Amerikanın Dövlət Departamenti, istər rəsmiləri tam ermənipərəst mövqe tutdular, bir çox beynəlxalq təşkilatların sənədlərini ələ almadılar və Azərbaycana qarşı düşmən mövqeyində oldular. Bu da bilavasitə təcavüskar Ermənistana hərtərəfli dəstəyin verilməsində, onunla strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasında, eləcə də Azərbaycana qeyri-sağlam münasibətdə özünü aydın göstərdi".

Deputatın sözlərinə görə, Tramp Baydendən fərqli olaraq dünyada baş verən reallıqları düzgün qiymətləndirməyə qadirdir:

"Azərbaycanın regionda oynadığı rol, liderlik missiyası, cənab İlham Əliyevin dünyada sülhün, əmin-amanlığın, demokratiyanın bərpa edilməsi, təmin olunması işində xidmətləri, elə bilirəm ki, daimi nəzərdə olacaq və Amerika-Azərbaycan münasibətlərində yaxşılığa doğru irəli addımlar atılacaq. Bu, dövrün bir tələbidir, həm də reallıqdır. Çünki Azərbaycan Prezidenti bu gün Cənubi Qafqazda öz sözünü deyən, bəşəri dəyərlərə sadiqlik nümayiş etdirən, qonşu dövlətlərlə əməkdaşlığı genişləndirmək arzusunda olan bir ölkədir. Gürcüstanla münasibətlər, Rusiya ilə əməkdaşlıq, İranla son zamanlar irəliyə doğru atılmış müsbət addımlar bunu deməyə əsas verir. Sözsüz ki, tarixi qələbədən sonra Azərbaycan Ermənistanla münasibətləri yaxşılaşdırmağa doğru təşəbbüslər göstərilib. Ancaq bu, hələ də mühüm sənədlərdə, xüsusilə sülh müqaviləsinin imzalanmasında özünü göstərə bilməyib".

Tahir Rzayev vurğuladı ki, bütün bunlara səbəb Ermənistana Qərbdən, Avropa İttifaqından, başlıca olaraq Fransadan dəstəyin verilməsi və onun revanş götürməyə həvəsləndirilməsidir.

"Bu prosesləri Amerika rəsmiləri bir daha təhlil edəcəklər və reallıqlar nəzərə alınacaq. Azərbaycanın Avropanın enerji təhcizatındakı rolu, dünyada sülh əmin-amanlıq sahəsində apardığı mübarizə və xidmətlər diqqətdən kənarda qalmayacaq və Tramp hakimiyyəti Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına təşəbbüs göstərəcək. Əlbəttə ki, bu, iki ölkənin milli maraqlarına uyğundur, xalqların xoşbəxtliyi üçün vacibdir, əməkdaşlığın genişlənməsinə təkan verə bilər və Amerikanın sülhsevər imicini təsdiqləmiş olar. Azərbaycan Prezidenti sülh tərəfdarıdır, Ermənistanla münasibətləri yaxşılaşdırmaq ümidindədir. Bu yolda lazım olan bütün tədbirlər görülür. Tramp hakimiyyəti də bu sahədə, bu istiqamətdə Azərbaycana öz dəstəyini əsirgəməməlidir", - deyə komitə sədri bildirdi.

Türkan İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Yanvar 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri