Tramp Baydeni Ukraynaya külli miqdarda silahı pulsuz verməkdə ittiham edib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydeni Ukraynaya külli miqdarda silahı təmənnasız verməkdə ittiham edib.
APA xəbər verir ki, Tramp bu barədə Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Birinci prezidentlik dövrümdə ABŞ Silahlı Qüvvələrini yenidən gücləndirdim. Daha sonra Bayden bunun çox böyük hissəsini Ukraynaya verdi. O, həddindən artıq çox silah verdi”, – Tramp bildirib.
ABŞ Prezidenti iddia edib ki, həmin silahların dəyərini Avropa İttifaqından tələb etmək mümkün idi.
“Sadəcə Avropa İttifaqından pul istəmək lazım idi və onlar ödəyəcəkdilər. Mən hakimiyyətə gəldim və bunu etdim”, – deyə Tramp vurğulayıb.
Bu mövzuda digər xəbərlər:Tramp Baydeni çoxlu sayda silahı Kiyevə pulsuz verməkdə günahlandırdı
18 Oktyabr 2026 03:25
Tramp Baydeni Ukraynaya pul paylamaqda ittiham etdi
03 Fevral 2025 23:42
Tramp Baydeni Ukraynaya ayrılan vəsaitləri oğurlamaqda ittiham etdi
11 Dekabr 2024 09:40
Tramp Baydeni Ukraynaya köçürülən vəsaitləri oğurlamaqda İTTİHAM ETDİ
11 Dekabr 2024 09:00
Tramp Baydeni nədə ittiham edib?
07 Yanvar 2025 14:01
Baxış sayı:171
Bu xəbər 18 Oktyabr 2026 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















