Icma.az
close
up
RU
“Tramp belə istəyir, Putin də Trampın xətrini istəyir və onun xətrinə müharibəni dayandırır...”

“Tramp belə istəyir, Putin də Trampın xətrini istəyir və onun xətrinə müharibəni dayandırır...”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hesab edirəm ki, Tramp dönəmində Amerika-Çin münasibətlərində gərginləşmə davam edəcək...”

“Bəli, Trampla Putinin Ukrayna məsələsində ortaq məxrəcə gələ bilməsindən bəhs edilir. Amma öncə dediyim kimi, heç bir Ukrayna rəhbəri ölkə ərazilərinin itirilməsinin rəsmiləşməsinə razı ola bilməz. Yəni belə bir rəsmiləşmə gözlənilmir. Ancaq hərbi əməliyyatların dondurulması baş verə bilər. Çünki hər iki tərəfin resursları tükənmək üzrədir”. 

Bu fikri Moderator.az-a açıqlamasında AMİP-in fəxri lideri Etibar Məmmədov “Tramp-Putin münasibətləri haqda nə proqnoz verərdiniz? İkisi də təxminən oxşar xarakterdə olan bu iki dünya lideri arasında kəskin toqquşma gözləyirsiz, yoxsa onlar qısa müddətdə bir çox qlobal məsələlərdə o cümlədən Ukrayna məsələsində ortaq məxrəcə gələ biləcəklər?” sualını cavablandırarkən ifadə edib.

“Ukrayna tərəfinin savaşı davam etdirməsi Amerikanın yardımından asılıdır. Avropa yardım edəcəyini bildirib. Rusiyanın isə resursları günü-gündən tükənir və eyni zamanda daxildə, Rusiya cəmiyyətində də iqtisadi-sosial və siyasi böhran başlaya bilər. Ona görə Kreml də əməliyyatların dondurulmasına hazırdır. Sadəcə bir bəhanə lazımdır. Bəhanə də, yəqin, o olacaq ki, Tramp belə istəyir, Putin də Trampın xətrini istəyir və onun xətrinə müharibəni dayandırır. Hələlik hər iki tərəfə uyğun olan çıxış yolu bundan ibarətdir. Xarakterləri oxşar olsa da, Trampla Putin arasında kəskin qarşıdurma gözlənilmir. Çünki Putinin belə bir qarşıdurmaya getməyə o qədər də gücü yoxdur”, –deyə davamında siyasətçi bildirib.

“Necə hesab edirsiz Tramp dönəmində ABŞ-Çin münasibətləri hansı müstəvidə inkişaf edəcək?” sualını isə Etibar Məmmədov belə cavablandırıb:

“Hesab edirəm ki, Tramp dönəmində Amerika-Çin münasibətlərində gərginləşmə davam edəcək. Çünki Trampın məqsədi ABŞ daxilində iqtisadi vəziyyəti düzəltməkdir. Onun  ötən prezidentliyi dövründə də öncəliyi ondan ibarət olub ki, hər şey Amerika üçün, bu dövlətin daha da güclənməsi üçün olmalıdır. Bu da Çinlə iqtisadi rəqabətdən asılı olacaq. Tramp indidən idxal olunan malların rüsum tariflərin qaldırılması və s. məsələlər barədə elan verib...”

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri