Tramp bölgədə elə bəyanatlar verdi ki... Pezeşkian
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran heç bir şəraitdə öz nüvə, hərbi və elmi nailiyyətlərindən imtina etməyəcək.
Axar.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
Prezident vurğulayıb ki, İran müharibəyə can atmasa da, döyüşdən qorxmur.
O qeyd edib ki, İran həmişə dialoqu dəstəkləyib və danışıqları davam etdirəcək, lakin heç vaxt təhdid qarşısında öz hüquqlarından vaz keçməyəcək.
ABŞ Prezidenti Donald Trampın regionun ərəb ölkələrinə etdiyi son səfərini şərh edən Pezeşkian onun ziddiyyətli mövqelərinə görə təəssüfünü bildirib.
“Tramp bölgədə elə bəyanatlar verdi ki, ona özü istisna olmaqla heç kim inanmazdı. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə “bizdə dünyanı məhv edə biləcək silahlar var” deyir. Biz hansı sözlərinə inanmalıyıq? Sülh mesajına, yoxsa insanların məhvinə çağırışa?”, –İran prezidenti əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 17 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















