Tramp Braziliyanı Hindistanla səhv saldı
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp prezident seçkilərinin yaxşı təşkilinə görə Braziliyanın əvəzinə Hindistanı tərifləyib.
Moderator.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Bu gün Hindistanda prezident seçkilərinin birinci turunda 125 milyon insan səs verib. Nəticələr seçki məntəqələri bağlandıqdan qısa müddət sonra, elə həmin gün elan edilib”, - prezident yazıb.
Tramp həmçinin ABŞ-nin bir sıra şəhər və ştatlarının hakimiyyət orqanlarını seçkilərdən sonra səslərin hesablanmasına həftələrlə vaxt sərf etdiklərinə görə tənqid edib. Ardınca paylaşım redaktə edilib və Hindistanın əvəzinə Braziliya əlavə olunub.
Oktyabrın 4-də keçirilən seçkilərin birinci turunda Flavio Bolsonaro 47 faizdən çox səs toplayaraq qalib gəlib və hazırkı Prezident Luis İnasiu Lula da Silvanı 2 faiz qabaqlayıb. Səsvermənin həlledici, ikinci turu oktyabrın 25-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Oktyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















