Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazının yenidən gəmi hərəkətinə açılması məqsədilə təqdim etdiyi 7 günlük atəşkəs təklifini rədd etdikdən sonra bu həftə Tehran rəhbərliyi ilə daha çox danışıqların aparılacağını gözlədiyini bildirib.
Marja.az xəbər verir ki, Tramp “Axios” xəbər saytına telefonla verdiyi müsahibədə Körfəzdəki böhranı və İranla aparılan danışıqları şərh edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ nümayəndələrinin bu həftə İran rəsmiləri ilə yeni görüşlər keçirəcəyini gözlədiyini bildirən Tramp deyib: “Bu həftə İranla daha çox danışıqlar gözləyirəm. Razılaşma əldə etmək istəyirlər, lakin bu, mənim istədiyim razılaşma deyil”.
Hərbi hücumların bərpasını istisna etmir
İrana qarşı hərbi hücumları bərpa etməyi nəzərdən keçirib-keçirmədiyi barədə suala Tramp “Bunu həmişə düşünürəm” cavabını verib.
ABŞ ordusunun Hörmüz boğazından neft daşınmasını asanlaşdırdığını bildirən Tramp həftəsonu boğazdan 20 milyon bareldən çox neft ixrac edildiyini iddia edib.
Danışıqlarda əsas fikir ayrılıqları qalır
Qətər və digər regional vasitəçilər ABŞ ilə İran arasında danışıqların bərpası üçün səylərini davam etdirirlər. Bununla belə, tərəflər arasında əsas fikir ayrılıqları aradan qalxmayıb.
İran rəhbərliyi danışıqların Hörmüz boğazı və ABŞ-ın tətbiq etdiyi dəniz blokadası üzərində cəmləşməsini istəyir. Tramp administrasiyası isə Tehrandan nüvə proqramı ilə bağlı güzəştlər tələb edir.
Qeyd edək ki, Tramp daha əvvəl İranın vasitəçilər üzərindən ABŞ-a çatdırdığı və Hörmüz boğazının yenidən gəmi hərəkətinə açılmasını nəzərdə tutan 7 günlük atəşkəs təklifini rədd etmişdi.
ABŞ Prezidenti həmin təkliflə bağlı açıqlamasında “Hörmüzü mümkün qədər tez açmaq üçün razılaşma əldə etmək istəyirlər, çünki çox ağır məğlubiyyətə uğrayırlar” ifadəsini işlətmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 28 Sentyabr 2026 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















