Tramp: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ lideri Donald Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürmək istəyir.
Milli.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Cənubi Karolina ştatının Mirtl Biç şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.
Tramp bildirib ki, bunun üçün ölkə qanunları dəyişdirilməlidir: "Mənim namizədliyimi qadağan edən qayda və qanunlarımız var. Əgər onlar bunu dəyişdirmək istəsələr, məmnun olaram".
Qanuna görə, Trampın ikinci prezidentlik dövrü 2029-cu ilin yanvarında başa çatmalıdır. ABŞ Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəliş prezidentin iki müddətdan artıq vəzifədə qalmasını qadağan edir. Lakin Tramp dəfələrlə üçüncü müddətə prezident seçilmək məsələsini qaldırıb.
Donald Tramp 2024-cü ilin noyabr seçkilərində ikinci müddətə ABŞ Prezidenti seçilib. Onun ilk prezidentlik dövrü isə 2017-2021-ci illəri əhatə edib./AZƏRTAC
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 22 Avqust 2026 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















