Icma.az
close
up
RU
Tramp cavab gözləyir, Rusiya isə şəhərləri bombalayır Ölən və yaralananların sayı artır

Tramp cavab gözləyir, Rusiya isə şəhərləri bombalayır Ölən və yaralananların sayı artır

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Donald Tramp yaxın günlərdə Rusiyadan atəşkəs cavabı gözləyərkən, rus ordusu Ukraynanın şəhərlərinin bombardmanını daha da gücləndirir.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, Xarkovda aprelin 18-i səhər saatlarında Rusiyanın əhalinin sıx məskunlaşdığı əraziyə endirdiyi raket zərbələri nəticəsində çoxlu insan yaralanıb, azı bir nəfər ölüb. Bu barədə şəhər meri İqor Terexov məlumat verib.

"Düşmən raketi Xarkovun sıx məskunlaşdığı əraziyə düşüb. Hündürmərtəbəli binaya zərbə endirilib. Dağıntılar altında insanlar ola bilər", - Terexov deyib.

Regional hərbi administrasiyanın rəhbəri Oleq Sinequbovun sözlərinə görə, Xarkovun cənubundakı Osnovyanski rayonu vurulub.

“Raket hücumu nəticəsində 20-dən çox yaşayış binası və 30-dan çox şəxsi ev zərər görüb", - Terexov Telegram-da yazıb. 

Terexov həmçinin bildirib ki, Xarkova raket zərbəsi nəticəsində yaralananların sayı 54-ə çatıb. İkisi uşaq olmaqla 13 nəfər xəstəxanaya yerləşdirilib. 4 nəfərin vəziyyəti ağırdır: "İlkin məlumatlara görə, Xarkova zərbələr kaset sursatları ilə dolu ballistik raketlərlə endirilib. Buna görə də zərər çəkmiş ərazilər çox böyükdür".

Ukrayna mətbuatı yazır ki, aprelin 18-də səhər saatlarında hava hücumu nəticəsində Sumı və Dneprdə də partlayış səsləri eşidilib. Rusiyaya məxsus dronların Sumıya hücumu zamanı 3 PUA sənaye obyektini vurub, bu barədə şəhər merinin səlahiyyətlərini icra edən Artyom Kobzar məlumat verib. Nəticədə bir nəfər ölüb.

Aprelin 17-də axşam saatlarında Rusiyanın Nikolaev şəhərini atəşə tutulmasından sonra böyük yanğın baş verib. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

“AzPolitika.info” 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Aprel 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri