Icma.az
close
up
RU
Tramp Çin mallarına əlavə rüsumlar tətbiq edəcək? SORĞU

Tramp Çin mallarına əlavə rüsumlar tətbiq edəcək? SORĞU

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Reuters” agentliyinin iqtisadçılar və maliyyə təhlilçiləri arasında keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ 2025-ci ilin əvvəlində Çindən idxal olunan mallara təxminən 40 faiz rüsum tətbiq edə bilər.

“Cebheinfo.az” xəbər verir ki, bu da potensial olaraq dünyanın ikinci ən böyük iqtisadiyyatında artımı 1 faiz bəndi azalda bilər.

Donald Trampın seçkilərdə qələbəsindən sonra ilk dəfə keçirilən sorğuda həmçinin, ABŞ-nin yeni seçilmiş prezidentinin Çin mallarına 60 faizlik rüsumların tətbiqinə qarşı çıxacağı proqnozlaşdırılır.

Yanvar ayında vəzifəsinə başlayacaq Tramp, seçki kampaniyası zamanı “Birinci Amerika” ticarət paketinin bir hissəsi olaraq Çin idxalına kəskin tariflər tətbiq edəcəyinə söz verib.

Bu da Çinin iqtisadi böyüməsi üçün risklər yaratdığı üçün Pekində narahatlıqları artırıb.

Təhlükəli tarif dərəcələri onun birinci prezidentliyi dövründə Çindən alınan mallara tətbiq edilən 7,5%-25%-dən nəinki çox yüksəkdir, daşınmaz əmlak bazarındakı uzunmüddətli tənəzzül, borc riskləri və zəif daxili tələbat nəzərə alınmaqla iqtisadiyyat daha həssas vəziyyətdədir.

“Reuters” agentliyinin 13-20 noyabr tarixlərində 50-dən çox iqtisadçı və maliyyə təhlilçiləri arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, həm materik Çində, həm də onun hüdudlarından kənarda böyük əksəriyyət Trampın gələn ilin əvvəlinə qədər yeni tariflər tətbiq edəcəyini gözləyir.

Orta qiymətləndirmə 38 faiz, proqnozlar isə 15 faizlə 60 faiz arasında dəyişir.

Respondentlərin əksəriyyəti 2025-ci ilin əvvəlində Çin mallarına 60 faizlik ümumi tariflərin tətbiq ediləcəyini gözləmədiklərini bildiriblər. Çünki bu, ABŞ-də inflyasiyanı sürətləndirə bilər.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:274
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri