Icma.az
close
up
RU
Tramp Çin mallarına rüsumların azaldılmasına icazə verib

Tramp Çin mallarına rüsumların azaldılmasına icazə verib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi 145% gömrük rüsumları azaldıla bilər və artırılması ehtimalı azdır.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Müəyyən bir nöqtədə, onların (tariflərin) daha da yüksəlməsini istəmirəm, çünki müəyyən bir nöqtədə insanlar artıq məhsulu almayacaq. Bu səbəbdən, onları daha da yüksəltmək və ya müəyyən bir səviyyəyə qaldırmaq istəmirəm. Onları aşağı salmaq istəyə bilərəm ki, insanlar məhsulları alsınlar, çünki bir vaxtlar heç kim almaya bilər", - deyə o qeyd edib.

Tramp, həmçinin Çinlə ticarət məsələsi həll olunana qədər "TikTok" ilə bağlı müqaviləni təxirə salmağı planlaşdırdığını vurğulayıb: "Bizim "TikTok" üçün müqaviləmiz var, amma bu, Çindən asılıdır, buna görə də hər şey düzələnə qədər sövdələşməni təxirə salacağıq. Düşünürəm ki, bu, Çin üçün yaxşı bir razılaşmadır. "TikTok" razılaşması Çin üçün yaxşıdır. Məncə, onlar bizim razılaşmamızı istəyirlər", - deyə bildirib.

Aprelin 2-də Tramp, 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib. Bu siyahıda Rusiya yer almır. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib. Eyni zamanda, aprelin 9-da Tramp, bir sıra ölkə və ərazilərə qarşı tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bildirib. Ağ Ev bu fasiləni ticarət danışıqları ilə əlaqələndirib. Bu müddət ərzində 10%-lik universal tariflər tətbiq olunacaq.

Eyni zamanda, ABŞ prezidenti Çin mallarına rüsumları 125%-ə qaldırıb. Kanada, Çin və Meksika hökumətlərinin ABŞ-a fentanil qaçaqmalçılığı ilə mübarizə üçün kifayət qədər səy göstərmədiyi üçün əvvəlki 20%-lik tarif əlavə edilib və nəticədə Çin məhsullarına ümumi tarif 145%-ə çatıb. Amerika administrasiyasının proteksionist addımlarına cavab olaraq, Çin aprelin 12-də ABŞ mallarına tətbiq olunan tarifləri 84%-dən 125%-ə qaldırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Aprel 2025 07:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri