Icma.az
close
up
RU
Rus millətçilərinin anti Azərbaycan çıxışlarında “velikorus” şovinizmi özünü parlaq göstərir Deputat

Rus millətçilərinin anti Azərbaycan çıxışlarında “velikorus” şovinizmi özünü parlaq göstərir Deputat

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan dövləti tərəfindən irəli sürülən tələblərdə qeyri-adi heç nə yoxdur. Bu həm Azərbaycanın, həm də beynəlxalq hüququn tələbədir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginliyi şərh edərkən deyib.
Rusiyada Azərbaycana qarşı aparılan kampaniyanın məqsədli olduğuna diqqət çəkən deputat söyləyib:

“Hər bir təyyarə qəzası zamanı aidiyyəti dövlətlərin və qurumların atmalı olduğu addımları tənzimləyən beynəlxalq konvensiya və müvafiq prosedur qaydaları var. Azərbaycanın Rusiyadan tələbi və gözləntisi də həmin qaydalara uyğun addımların atılmasıdır. Doğrudur, Rusiya siyasi hakimiyyətinin ən yüksək pillələrində heç kim mövcud durumu hər hansı bir şəkildə şərh etmir. Elə buna görə də ictimai mühitdə bu insidentlə bağlı bir boşluq yaranıb və Rusiya siyasi palitrasının bütün təmsilçiləri, xüsusilə Rusiya millətçiləri özlərinin ekstremizmi ilə öz ayditoriyalarına şou göstərirlər. Hadisəyə münasibət bildirmək missiyasını ölkənin siyasi həyatında heç bir rolu olmayan Valuyev kimi qondarma Duma üzvləri və əsasən də siyasi şərhçilər və blogerlər bu missiyanı öz üzərinə götürüblər. Məhz onların anti-Azərbaycan çıxışlarında “velikorus” şovinizmi özünü bütün parlaqlığı ilə göstərir. Belə vəziyyət Rusiya hakimiyyətini də qane edir”.

O əlavə edib ki, onlar bir tərəfdən, özlərinin “velikorus” qürurunu sındırmamağa çalışaraq, Azərbaycanın tələblərini eşitməzliyə vurur və hər hansı şəkildə vəziyyəti yumşaltmaq üçün uyğun şəraitin yaranmasını gözləyirlər. Digər tərəfdən isə məhz Rusiya siyasi hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış bu qalmaqal Rusiya cəmiyyətinin diqqətini Ukrayna cəbhəsindəki uğursuzluqlardan yayındırmaq üçün çox maraqlı bir mövzuya çevrilir: “Vəziyyətdən yararlanmağa çalışan ermənilər də anti-Azərbaycan kampaniyası aparmaq üçün əlverişli fürsət yarandığını zənn edərək özlərinin propaganda maşınını işə salıblar. Lakin bütün bunlar Azərbaycan tərəfindən qaldırılmış məsələləri həll etmir. Gec və ya tez Rusiya ali hakimiyyəti hadisəyə obyektiv qiymət verməli və Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Çünki bu həm Azərbaycanın, həm də beynəlxalq hüququn tələbləridir. Bu Rusiya ilə Azərbaycan arasında imzalanmış çoxsaylı dövlətlər arası sənədlərdən, eləcə 3 il əvvəl imzalanmış strateji qarşılıqlı fəaliyyət haqqında Bəyannamədən irəli gələn öhdəliklərin doğurduğu tələblərdir. Əgər Rusiya özünü sivil dövlət hesab edirsə, öz imzasına hörmət etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Fevral 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri