Tramp cütlüyü aparıcının işdən qovulmasını istəyir
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp televiziya aparıcısı Cimmi Kimmelin işdən çıxarılmasını tələb ediblər.
“Yeni Sabah” AP-yə istinadla xəbər verir ki, buna səbəb aparıcının ABC telekanalında yayınlanan “Jimmy Kimmel Live!” proqramında birinci xanım haqqında etdiyi mübahisəli zarafat olub
Kimmel Melaniya Trampı “dul qadının parlaqlığına sahib” kimi səciyyələndirib.
Bu ifadə aparıcının verilişdə “Ağ Ev müxbirləri” Assosiasiyasının ənənəvi şam yeməyində çıxış edirmiş kimi hazırladığı komediya hissəsində səsləndirilib.
Melaniya Trampın sosial şəbəkədə “Kimmel kimi şəxslərin nifrət yaymaq imkanı olmamalıdır” paylaşımını Donald Tramp da dəstəkləyib.
Aparıcı isə cavabında zarafatın yaş fərqinə yönəldiyini və zorakılığa çağırış olmadığını vurğulayıb.
ABC telekanalı məsələ ilə bağlı hələlik açıqlama yaymayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 28 Aprel 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















