Icma.az
close
up
RU
Tramp da Paşinyanı küncə sıxıb Sülh Müqaviləsi yaxın görünür...

Tramp da Paşinyanı küncə sıxıb Sülh Müqaviləsi yaxın görünür...

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Şuşada keçirilən Media Forumunda ABŞ Prezidenti Donald Tramp barədə dedikləri, onun fəaliyyətini yüksək qiymətləndirməsi, bunun ardınca Ağ Ev sahibinin Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün əla imkanın yarandığı barədə açıqlaması Cənubi Qafqaz üçün yeni dönəmin başlayacağına işarədir. Çünki Qərbmeylli Nikol Paşinyan hakimiyyətinin ABŞ rəhbərinin siyasi kursuna ağız büzəcəyi qətiyyən mümkün deyil. N.Paşinyan da bu prosesdən daxili siyasətdə faydalanmağa, ona düşmən kəsilən revanşistləri Ermənistan siyasətindən birdəfəlik “təmizləməyə” və qarşıdakı seçkilərə qədər Sülh Sazişinin imzalanmasına çalışır. Açıq görünür ki, hazırkı ABŞ Administrasiyası Azərbaycan və Ermənistan arasında Sülh Müqaviləsinin bağlanması üçün real imkanları işə salmağa hazırlaşır.

Ağ Ev Sülh Müqaviləsinin reallaşmasına indi əvvəlkindən daha çox istəkli görünür. Xüsusilə Vaşinqtonda Ermənistanın Türkiyə və Azərbaycanla əməkdaşlığının qurulması, rəsmi Ankara vasitəsilə bölgədəki proseslərin ABŞ-ın “dirijorluğu” ilə formalaşdırılması üçün düşünürlər. Bu elə bil vaxtda baş verir ki, artıq D.Trampın dəfələrlə onu aldadan, Ukrayna müharibəsində ABŞ rəhbərinin istəklərinə qarşı çıxan Vladimir Putinə zərrəcə qədər də inamı qalmayıb. Bu fakt, ABŞ-ın Cənubi Qafqaz siyasətində Türkiyə ilə birgə hərəkətlilyini şərtləndirir. Təəcüblü deyil ki, hazırda Rəcəb Tayyip Ərdoğanla son dərəcə yaxşı münasibətləri olan D.Tramp bölgə siyasətinə Türkiyə lideri ilə məsləhətli siyasət yürüdür. Bunun nə vaxta qədər davam edib-etməyəcəyini zaman göstərəcək. Lakin reallıq odur ki, Ərdoğan və Tramp arasında mühüm tərəfdaşlıq siyasəti davam edir. Əlbəttdə, rəsmi Bakı üçün əsas maraqlı olan məqam, D.Tramp-R.T.Ərdoğan əməkdaşlığının Azərbaycan və Ermənistan arasında Sülh Müqaviləsinin bağlanmasına nə dərəcədə müsbət təsir göstərəcəyidir. Hazırda Ermənistan daxilində revanşistlər, Rusiyameyilli qüvvələr və ona düşmən kəsilən keşişlərlə mübarizə aparan N.Paşinyan da böyük məsuliyyət altındadır. Elə addımlar atmalıdır ki, Sülh Müqaviləsi imzalansın, erməni ictimai fikrini də real və alternativi olmayan konstruktivlik siyasətinə tamamilə inandırıb özünün müdafiəçisi halına gətirsin.
Amma ən əsas məsələ, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Media Forumunda dediyi kimi, keçmiş Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu maddələrinin silinib atılmasıdır.
Yəni görünən odur ki, Sülh Müqaviləsini imzalamağa hazır olduğunu deyən N.Paşinyan hakimiyyəti ilk əvvəl Ermənistan Konstitusiyasına “əl gəzdirməli” olacaq. Çünki bu Azərbaycanla normal münasibətlər qurmaq, Sülh Müqaviləsi imzalamaq və bununla da Ermənistanın bölgədəki mühüm iqtisadi layihələrə qoşulmasına yaşıl işıq yandırması üçün ən mühüm şərtdir. Əgər D.Tramp Adinistrasiyası və şəxsən Ağ Ev sahibi bu siyasəti davam etirərsə, biz yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında Sülh Müqaviləsi üçün mühüm addımların şahidi olacayıq. Əlbətdə, “şeytan çarxı” ortaya girməsə...

Mətləb Salahov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyul 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri