Icma.az
close
up
RU
Tramp danışıqlarında geri çəkilsə... Zelenskinin Krım məsələsində reaksiya göstərməməsi şübhə doğurur

Tramp danışıqlarında geri çəkilsə... Zelenskinin Krım məsələsində reaksiya göstərməməsi şübhə doğurur

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Suma vilayətinə hücumdan, orada törədilən qətliamdan sonra Rusiya prezidenti Vladimir Putinin hərəkətlərində müəyyən korrektələr oldu”.

Bunu Bakıvaxtı.az-a təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Rusiya prezidenti Vladimir Putinin Ukraynayla mülki hədəflərdə atəşkəs məsələsi ilə bağlı ikitərəfli danışıqlara hazır olması barədə söylədiklərinə münasibət bildirərkən deyib.

Ekspert vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın məsələlərə münasibətində də fərqlilik yaranıb:

"Trampın ifadəsi də belə oldu ki, "bu iki səfeh dövlət bir-biri ilə hələ də müharibə aparır". Daha sonra ABŞ rəsmisi vurğuladı ki, belə getsə Birləşmiş Ştatlar geri çəkiləcək. Bundan sonra Putin bir növ sülhlə manipulyasiya etməyə başladı. Sülhlə bağlı ilk manipulyasiya Pasxa bayramı münasibəti ilə 30 saatlıq atəşkəs razılaşması idi. Bu da müəyyən dərəcədə fiaskoya uğrasa da, pis-yaxşı əməl olundu”.

Müsahibimiz qeyd edib ki, Rusiya özünü "sülhpərvər" göstərmək istəyir. Trampa xoş gəlmək üçün bu addımları atır:

“Ancaq bu məsələlərə inanmaq olduqca çətindir. Burada Rusiyanın qəbuledilməz şərtləri də var. Təbii ki, Rusiya ABŞ-nin bu danışıqlardan geri çəkilməsini istəmir. Çünki geri çəkilsə, Rusiya Avropa İttifaqı ilə masaya oturmalıdır. Avropa İttifaqında isə Rusiyaya yönəlik heç bir güzəşt yoxdur. Bu güzəştin olmaması Putinə heç cür sərf etmir. Əlsində ABŞ-nin kənara çəkilməsi Ukrayna üçün də sərfəli deyil".

İlham İsmayıl: Doğrudanmı Ukrayna Krımın de-yure Rusiyanın ərazisi kimi tanınmasına razı olacaq?

Analitik vurğulayıb ki, Londonda ABŞ, Fransa, Böyük Britaniya və Ukraynanın birgə görüşü gözlənilir:

"Burada Ukraynanı güzəştə getməyə məcbur etmək məsələsi var. Güzəşt də Krımla bağlıdır. Avropa İttifaqının, Zelenskinin konkret olaraq Krım məsələsində açıq heç bir reaksiya göstərməməsi şübhələr yaradır. Doğrudanmı Ukrayna Krımın bəri başdan de-yure Rusiyanın ərazisi kimi tanınmasına razı olacaq? Baxmayaraq ki, Krım tatarları bunun əleyhinədir. Ukraynanın bəzi siyasətçiləri də buna qarşıdır. Amma rəsmi Kiyevin, Aİ-nin mövqeyi hələ yoxdur. London görüşündə müəyyən məsələlər həll oluna bilər. Bundan sonra Moskva ilə ikitərəfli görüş alına bilər".

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Aprel 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri