Icma.az
close
up
RU
“Tramp dialoqdan öncə Putinə güzəştlərə gedib“ “Financial Times“

“Tramp dialoqdan öncə Putinə güzəştlərə gedib“ “Financial Times“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Putinin məqsədi NATO-nu zəiflətmək, ABŞ və Avropanı parçalamaq və Şərqi Avropanı özünə tabe etdirməkdən ibarətdir..."

ABŞ və Rusiya nümayəndə heyətləri Ukraynadakı müharibə ilə bağlı danışıqlar aparmaq üçün fevralın 18-də, çərşənbə axşamı Ər-Riyada toplaşıb. Bu hadisə Kiyevdə və onun Avropadakı müttəfiqləri arasında narahatlığa səbəb olub.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Nəşr qeyd edir ki, onlar Donald Trampın münaqişəni Vladimir Putinin şərtləri ilə həll etməyə razılaşacağından ehtiyatlanır.

Danışıqlardan öncə güzəştlər

Səudiyyə Ərəbistanının paytaxtında keçiriləcək danışıqlar Rusiya işğalının başlanmasından bəri münaqişəyə son qoymaq üçün aparılan ilk yüksək səviyyəli cəhd olacaq. Əvvəlki danışıqlar Kremlin sərt tələbləri səbəbindən nəticəsiz qalıb.

Lakin bu dəfə ABŞ dialoq başlamazdan öncə ciddi güzəştlərə getmiş kimi görünür, xüsusilə də Ukraynanın NATO-ya üzv olmaq perspektivindən və işğal olunmuş əraziləri geri qaytarmaq niyyətindən geri çəkilib.

Belə şərtlər yalnız Putinin mövqeyinə olan inamını gücləndirə bilər. Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev bildirib ki, Rusiya lideri öz geosiyasi ambisiyalarında heç bir güzəştə hazır deyil.

"Putin üçün "soyuq müharibə" və onun məqsədləri heç vaxt başa çatmayıb, bu da NATO-nu zəiflətmək, ABŞ və Avropanı parçalamaq və Şərqi Avropanı özünə tabe etdirməkdən ibarətdir", - Kozırev vurğulayıb.

"Əgər ona ərazilər və strateji üstünlüklər danışıqlardan öncə verilirsə, bu, onu daha çox fəth etməyə və Qərbin zəifliyi ilə bağlı Kremlin köhnə təbliğatını gücləndirməyə həvəsləndirir".

Rusiyanın cəbhədə aktivliyinin artması və Trampın müharibəni mümkün qədər tez başa çatdırmaq istəyi Qərb diplomatları arasında Kremlin sülhə həqiqətən maraq göstərib-göstərmədiyi ilə bağlı şübhələr oyadıb.

"Əgər razılaşma Ukraynaya silahlanmaq və Qərblə sıx əməkdaşlığı davam etdirmək üçün tam sərbəstlik versəydi, Putin bunu çətin ki, qəbul edərdi", - keçmiş yüksək rütbəli ABŞ rəsmisi bildirib. O, əlavə edib:

"O, qorxur ki, Ukrayna, sadəcə, daha da güclənəcək və Qərbə yaxınlaşacaq, bu da Moskvadan yeni işğala başlamaq imkanınından məhrum edəcək. Əgər Putin inansa ki, Ukrayna üzərində nəzarətini artıra bilər və ya Qərbdən dəstək almayacaq, o zaman daha böyük güzəştlər üçün geri dönə bilər".

"Sülhməramlı deyil, saziş yanaşması"

Moskvalı politoloq Andrey Kolesnikov bildirib: "Rusiyanın yanaşması sülhməramlılıq yox, sazişlərdir. Putin Tramp ilə dünyanı və təsir dairələrini bölüşdürməkdən çox məmnun olar. Yeni "dəmir pərdə" və "soyuq müharibə" ona Rusiya cəmiyyətini isti müharibəyə ehtiyac olmadan nəzarətdə saxlamağa kömək edəcək".

Ukrayna prezidenti Vladimir Zelenski artıq bəyan edib ki, Kiyevin iştirakı olmadan qəbul edilən heç bir qərarı tanımayacaq: "Biz haqqımızda bizsiz qəbul edilmiş heç bir razılaşmanı qəbul edə bilmərik".

Berlinin "Carnegie Russia Eurasia" Mərkəzinin elmi işçisi Yekaterina Şulman hesab edir ki, əgər beynəlxalq təhlükəsizlik sistemində dəyişikliklər baş verərsə, Putin bəzi tələblərindən imtina edə bilər.

Daha öncə Rusiya müharibənin əvvəlində keçirilən danışıqlarda Ukraynanın "denasifikasiyası" tələbindən geri çəkilib, lakin Putin bu tələbi keçən ilin iyununda atəşkəs şərtləri sırasında yenidən irəli sürüb. "O, dəfələrlə bildirib ki, bu müharibə Ukrayna uğrunda deyil, Qərbin gözündə Rusiyanın mövcudluğu və suverenliyi uğrundadır", - Şulman vurğulayıb.

O, əlavə edib: "Əgər Putin Qərbi Rusiyanın böyüklüyünü qəbul etməyə, onu yenidən böyük dövlətlər sırasına qaytarmağa və sanksiyaları ləğv etməyə məcbur edə bilsə, o zaman ikinci dərəcəli ərazi və hərbi məsələlər arxa plana keçəcək".

Keçən həftəsonu Münhen Təhlükəsizlik Konfransında Avropa diplomatları Tramp administrasiyasının Putinlə danışıqlara tələsməsindən və Kremlin əsas rıçaqlara sahib olmasından narahatlıqlarını ifadə edib. Avropalı diplomatlardan biri qeyd edib ki, əsas problem "Putinin planınım sülh danışıqları deyik, döyüşləri davam etdirmək olmasıdır".

O, əlavə edib: "Biz bilirik ki, Tramp qırğınları dayandırmaq istəyir, o, bunu daim vurğulayır. Amma Putin istədiyini əldə etməsə, müharibəyə qayıtmağa hazırdır və bu prosesi sonsuza qədər uzada bilər". Putin danışıqlar barədə açıq bəyanat verməsə də, ötən həftə Trampa bildirib ki, Rusiya "münaqişənin səbəblərini həll etmək" istəyir.

Avropa İttifaqının başqa bir diplomatı isə izah edib: "Bu o deməkdir ki, Putin bütün Şərqi Avropa bölgəsi, ABŞ bazaları və Amerika qoşunları barədə düşünür. Hətta türklər də amerikalıların NATO-nun gələcəyinə dair hansı razılığa gələcəyi ilə bağlı narahatdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri