Icma.az
close
up
RU
Tramp əcnəbi tələbələri hədəfə alır 1000 dən çox viza ləğv edilib

Tramp əcnəbi tələbələri hədəfə alır 1000 dən çox viza ləğv edilib

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-da Tramp administrasiyası Fələstin tərəfdarı etiraz aksiyalarında iştirak edən əcnəbi tələbələrə qarşı sərt addımlar atır.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, son bir ay ərzində minə yaxın əcnəbi tələbənin viza və yaşayış icazəsi ləğv edilib.

Associated Press-in 160 universitetdən topladığı məlumata əsasən, ABŞ-da tələbə və məzun statusunda olan əcnəbilərə qarşı viza ləğvləri davam edir.

Xüsusilə İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarına etiraz edən, eləcə də Hindistan və Çin vətəndaşı olan tələbələr bu qərarlardan daha çox təsirlənirlər.

Mart ayından etibarən bu proses çərçivəsində çoxsaylı tələbənin hüquqi statusu pozulub. Vizalarının ləğv edildiyini tələbələrə əsasən e-poçt vasitəsilə bildirilir. Bu səbəbdən yüzlərlə tələbə deportasiya riski ilə qarşı-qarşıyadır.

Vizalarının səbəbsiz yerə ləğv edilməsinə etiraz edən tələbələr hüquqi yollarla mübarizə aparmağa başlayıblar. Tramp administrasiyasına qarşı bir neçə məhkəmə iddiası qaldırılıb.

Federal hakim Dartmut Kollecinin doktorantı Syaotian Liunun vizasının ləğvi ilə bağlı onun hüquqi statusunun bərpası üçün müvəqqəti qərar çıxarıb.

Montana Dövlət Universitetinin vizası ləğv edilən iki tələbəsinə isə müvəqqəti məhdudiyyət tətbiq edilib və onların hüquqi statusları bərpa olunaraq ABŞ-dan deportasiya olunmalarının qarşısı alınıb.

ABŞ dövlət katibi Marko Rubio isə martın sonunda verdiyi açıqlamada, Həmasa dəstək verdikləri iddiası ilə 300-dən çox əcnəbi tələbənin vizalarının ləğv edildiyini bildirib.

Eyni zamanda bəzi tələbələr, məsələn Massaçusetsdə yaşayan doktorantura tələbəsi Rümeysa Öztürk, ICE əməkdaşları tərəfindən birbaşa saxlanılıb. Daha öncə isə martın 25-i axşam iftara getmək üçün Massaçusetsdəki evindən çıxan doktorantura tələbəsi Rümeysa Öztürk, mülki geyimli İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, baş verənlər ölkədə və beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur və insan haqları təşkilatları bu cür tədbirləri sərbəst ifadə və toplaşmaq azadlığına zidd hesab edirlər.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri