Icma.az
close
up
RU
Tramp ərəblərə söz vermişəm dedi, İsraili təhdid etdi Gərginlik artır

Tramp ərəblərə söz vermişəm dedi, İsraili təhdid etdi Gərginlik artır

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq edəcəyi təqdirdə, Vaşinqtondan aldığı bütün dəstəyi itirəcəyini bəyan edib. Tramp ərəb ölkələrinə söz verdiyini və onlardan ciddi dəstək aldığını deyib.

Təl-Əvivin Ağ Evlə bəzən koordinasiyasını pozduğu, ondan xəbərsiz addımlar atdığı bilinir. Məsələn, son olaraq Qətərin paytaxtı Dohaya hücum buna nümunədir.

Beləliklə, İsrail ABŞ-ın çağırışlarına məhəl qoyacaqmı?İordan çayının qərb sahilinin ilhaqı planı həqiqətən təxirə salınır?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, regiondakı hazırkı siyasi dinamikanın ən həssas dönəmində Trampın bəyanatı və İsrailin son davranışları ABŞ-la arasında koordinasiya böhranının yarandığını göstərir:

“Amma bu, tam qırılma deyil, daha çox qarşılıqlı güc nümayişidir. Belə ki, Donald Trampın bu xəbərdarlığı iki məqsəd daşıyır:

Birincisi, ərəb ölkələrinə verdiyi vədi qorumaq;

İkincisi, Təl-Əvivə “bizimlə koordinasiyasız hərbi-siyasi addımlar atmaq olmaz” mesajını vermək.

Tramp administrasiyası ərəb dünyasında İsraili müəyyən məhdudiyyətlər daxilində saxlamaqla ABŞ-ın vasitəçi rolunu möhkəmləndirmək istəyir. Əgər İsrail İordan çayının qərb sahilini ilhaq etsə, Ağ Ev rəhbərinin ərəb liderləri qarşısında nüfuzu zəifləyəcək.

Trampın İsrailə yönəlik “dəstək dayandırılacaq” sözləri real maliyyə və hərbi yardımı nəzərdə tutmasa da, diplomatik təzyiq aləti kimi ciddi siqnaldır.

İsrail rəhbərliyi hazırda iki istiqamət arasında qalır:

-Bir tərəfdən, daxili siyasi təzyiqlər (xüsusilə sağçı və ultra-millətçi qüvvələrin bütün əraziləri yəhudi dövlətinə birləşdirmə” tələbi).

-Digər tərəfdən, ABŞ-la münasibətlərin pisləşməsi riski — bu isə hərbi yardım, kəşfiyyat məlumatı və beynəlxalq müdafiə üçün həyati əhəmiyyət daşıyır.

Dohaya hücum kimi addımlar göstərir ki, İsrail bəzən öz strateji hədəflərini ABŞ-ın diplomatik gündəliyindən üstün tutur. Lakin bu, uzunmüddətli xətt deyil —Təl-Əvivin hərbi və diplomatik gücü hələ də Vaşinqtonun dəstəyindən asılıdır”.


Anar İsayev 

Siyasi şərhçi bildirib ki, İsrail ABŞ-ın sərt mövqeyi və ərəb ölkələrinin narahatlığı səbəbindən rəsmi ilhaq qərarını müvəqqəti dayandıra bilər:

“Amma bu, sadəcə formal xarakter daşıyır. Belə ki, İsrail “de-fakto” Qərb sahilində məskunlaşma, infrastruktur və idarəçilik mexanizmlərini genişləndirməklə addım-addım ilhaq siyasətini davam etdirə bilər.

Digər tərəfdən, bu addımın ABŞ-İsrail münasibətlərində ciddi gərginlik və ərəb dövlətləri ilə əlaqələrdə böhrana səbəb olması da mümkündür. Ona görə də İsrail ABŞ-ın çağırışlarını tam görməməzlikdən gəlməyəcək, çünki Tramp administrasiyasının dəstəyi onun regional təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri