Icma.az
close
up
RU
Tramp Ermənistandakı diplomatik korpusu ixtisar edir

Tramp Ermənistandakı diplomatik korpusu ixtisar edir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkə sərhədlərindən kənarda  diplomatik təmsilçiliklərə əhəmiyyətli dəyişikliklər edilməsi ilə əlaqədar xaricdəki 30-a yaxın səfirlik və konsulluğun bağlanmasını nəzərdən keçirir. 

“Cebheinfo.az” xəbər verir ki, “CNN” ABŞ Dövlət Departamentindəki daxili sənədlərə istinadən bu məlumatı əldə edib. Sənəddə həmçinin, ABŞ-nin terrorla mübarizə səylərində əsas rol oynayan iki ölkədə-Somali və İraqdakı ABŞ diplomatik nümayəndəliklərinin sayının azaldılması və digər diplomatik missiyaların ölçüsünün dəyişdirilməsi tövsiyə edilir.

Təklif edilən dəyişikliklər ABŞ diplomatik korpusunun İlon Mask tərəfindən dəstəklənən Hökumətin Səmərəliliyi Departamenti tərəfindən təşviq edilən daha geniş şəkildə yenidən təşkili fonunda baş verib.Dövlət katibi Marko Rubionun diplomatik təmsilçiliklərin bağlanması və ixtisarına dair təklifləri imzalayıb-imzalamadığı məlum deyil. 

Sənəddə 10 səfirlik və 17 konsulluğun bağlanması tövsiyə olunur. Onların bir çoxu Avropa və Afrikada yerləşir. Lakin Asiya və Karib hövzəsində də var. Bunlara Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası və Cənubi Sudandakı səfirliklər daxildir.Siyahıya həmçinin Fransada beş, Almaniyada iki, Bosniya və Herseqovinada iki, Böyük Britaniyada, Cənubi Afrikada və Cənubi Koreyada bir konsulluq daxil edilib. 
Sənəddə bağlanan səfirliklərin vəzifələrinin qonşu ölkələrdəki forpostlar tərəfindən həyata keçirilməsi təklif edilir.

Qeyd edək ki, Tramp adminstrasiyasının bu qərarı dövlət büdcəsi xərclərinə qənaət məqsədi daşıyır. Bu baxımdan, diplomatik korpusun sayının azaldılması nəzərdə tutulub.Hazırda dünyada ABŞ-nin ən böyük səfirliyi İraqda yerləşir. Bağdaddakı diplomatik heyətin sayı 6 min nəfər təşkil edir. Trampın İraqdakı səfrlik əməkdaşlarını ixtisar etməsindən sonra bu ölkədəki diplomatik korpusun sayı ən azı yarıya qədər azaldıla bilər. 

ABŞ-nin dünyada ikinci ən böyük səfirliyi isə Ermənistanda yerləşir. İrəvandakı diplomatik korpusda fəaliyyət göstərən amerikalıların sayı 3 min nəfərdir. Onların 1 500 nəfərini dəniz piyadalarından ibarət təhlükəsilik qüvvələri və kəşfiyyatçılar təşkil edir. Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi mühafizəsinin də dəniz piyadaları tərəfindən qorunduğuna dair məlumatlar var. Tramp adminstrasiyasının xaricdəki səfirliklərin və konsulluqların sayını azaldığı bir vaxtda Ermənistandakı diplomatik heyətin sayına toxunmayacağı inandırıcı görünmür.

Əgər İraq kimi strateji əhəmiyyət kəsb edən ölkədə rəsmi Vaşinqton diplomatik korpusun sayını azalmağı qərara alıbsa, deməli bu, Ermənistanda daha çox gözləniləndir. Çünki Bayden adminstrasiyasından fərqli olaraq, Donald Tramp Cənubi Qafqaz siyasətində Ermənistanı əsas forpost kimi görmür. Emənistan kimi kiçik və ABŞ üçün strateji əhəmiyyət kəsb etməyən ölkədə 3 min nəfər diplomat saxlamaq dövlət büdcəsinə əlavə xərcdir.

Ona görə də dövlət gəlirlərinin təmin edilməsinin bir vasitəsi kimi büdcəyə qənaətə önəm verən prezident Trampın Ermənistandakı səfirlik əməkdaşlarının da sayını kəskin ixtisar edəcəyi gözləniləndir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Aprel 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri