Tramp Fransadakı etirazlardan yazdı: İslamla əlaqəlidir!
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Fransada məktəblilərin kütləvi etirazlarını miqrasiya və İslamla əlaqələndirərək, ölkədə baş verənlərin təhsil sisteminin vəziyyəti ilə bağlı olmadığını bildirib.
Axar.az xəbər verir ki, Tramp "Truth Social" şəbəkəsində yazıb.
"Fransada baş verənlər nəzarətdən çıxan kütləvi miqrasiyadan başqa bir şey deyil. Söhbət məktəblərdən getmir, söhbət İslamın bir vaxtlar böyük olan ölkəni ələ keçirmək istəyindən gedir", - deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, orta məktəb şagirdlərinin etirazları sentyabrın sonlarında İl-de-Frans bölgəsində başlayıb və bütün Fransaya yayılıb . İştirakçılar həddindən artıq çox dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. O vaxtdan bəri hüquq-mühafizə orqanları beş mindən çox şəxsi həbs edib ki, bunların 90%-i yetkinlik yaşına çatmayanlar olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 Oktyabr 2026 01:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















