Icma.az
close
up
RU
“Tramp güclü liderdir? Amma Putin və Netanyahu qarşısında acizdir...“

“Tramp güclü liderdir? Amma Putin və Netanyahu qarşısında acizdir...“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"ABŞ prezidentinin iddiaları reallıqla toqquşanda Ukrayna və Qəzzadakı müharibələr daha da alovlanır..."

"Donald Tramp Ağ Evə prezident kimi qayıtmağa hazırlaşarkən tez-tez lovğalanırdı ki, o, "sələfinin başladığı bütün müharibələri" bitirəcək".

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "detaly.co" nəşrində dərc edilən müəllif məqaləsində deyilir.

Müəllif yazır: "Lakin səkkiz ay keçib və aydın görünür ki, bu müharibələrin ikisini - Ukraynadakı və Qəzza zolağındakı savaşı Tramp dayandıra bilməyib. Əksinə, o, "güclü lider" obrazını daha çox asılı müttəfiqlərə təzyiq göstərərək, miqrantlara, məhkəmələrə və daxildə siyasi rəqiblərinə qarşı mübarizə apararaq nümayiş etdirir. Amma qarşısında güclü və hiyləgər rəqib -Vladimir Putin, yaxud idarəolunmaz müttəfiq  Benyamin Netanyahunun olduğu məqamlarda Tramp açıq şəkildə aciz qalır.

Qəzza və Ukrayna: alovlanan münaqişələr

Tramp dövründə həm Ukraynada, həm də Qəzzada münaqişələr daha da genişlənib. Ötən həftə Rusiyanın Polşa ərazisinə - NATO ölkəsinə çoxsaylı dron hücumları Varşavanın haqlı olaraq "qəsdən təxribat" adlandırdığı bir vəziyyət yaradıb və bu, Ukrayna müharibəsini ümumi Avropa yanğınuna çevirmək riski daşıyır.

İsrailin Qətərə endirdiyi məsuliyyətsiz hava zərbəsi isə sülh prosesini dağıdaraq Yaxın Şərqdə gərginliyi kəskinləşdirib. Hər iki halda ortaq cəhət ABŞ-ın, yəni Trampın zəifliyidir. O, "güclü lider" obrazını nümayiş etdirmək üçün çalışır, amma həqiqətən lider kimi davranmaq lazım olanda geri çəkilir.

Putin və Netanyahunun oyunu

Putin də, Netanyahu da çoxdan Trampın zəif tərəflərini anlayıblar. Onlar ona yalan danışır, yaltaqlanır, "sülh istəyirik" deyirlər, sonra isə öz müharibələrini davam etdirirlər. Alyaskadakı görüşdən sonra belə olub -Tramp danışıqların başlanmasını tələb edib, amma heç bir nəticə əldə olunmayıb. Netanyahu ilə münasibətlərdə də belə olub: Tramp yalnız Qətər qarşısında şikayətlənir və izahat verir, amma nəticədə Netanyahuya heç bir cəza verilmir.

İndi İsrail Qəzza şəhərinə yeni hücuma hazırlaşır. Netanyahunun sözlərinə görə, məqsəd HƏMAS-ın "sonuncu istehkamını" ələ keçirməkdir. Daha əvvəl, 2024-cü ildə Rafaha hücumu ərəfəsində də eyni sözləri deyib: "qələbə yaxındır". Rusiya isə Polşa üzərində dronlarla NATO-nun dözümlülüyünü sınağa çəkir. 

Avropalı müttəfiqlər xəbərdarlıq etsələr də, Tramp yalnız "bu, səhv ola bilərdi" deməklə kifayətlənib. NATO ölkələri şərq cinahını gücləndirmək üçün təyyarələr göndərdiklərini açıqlayıb, amma ABŞ-ın hər hansı real iştirakı barədə heç bir bəyanat olmayıb. Bu, Kreml üçün faktiki olaraq tam azadlıq deməkdir. Sual yaranır: sabah Putin Finlandiyanı, yaxud Almaniyanı hədəfə alanda da Tramp susacaqmı?

ABŞ-ın əlində imkanlar var idi...

Vaşinqtonun əslində kifayət qədər təsir rıçaqları var. Tramp əlavə hərbi yardım elan edə, Ukraynaya Rusiya ərazisinə zərbə endirmək icazəsini verə, yaxud Konqresin çoxdan tələb etdiyi kimi Moskvaya qarşı sərt sanksiyalar tətbiq edə bilərdi. Amma əksinə, o, yeni şərtlər irəli sürüb: Avropa tam şəkildə Rusiyanın enerji daşıyıcılarından imtina etməlidir, bu isə praktiki olaraq mümkünsüz bir tələbdir.

İsrail məsələsində isə təzyiq imkanları daha da açıqdır. ABŞ hər il İsrail ordusuna 3 milyard dollarlıq silah verir. Təchizatın yavaşıdılması və ya müəyyən silahların istifadəsinə məhdudiyyət qoyulması Netanyahunu atəşkəs yollarını axtarmağa məcbur edə bilərdi. ABŞ Avropa ilə birlikdə israilli ifratçı nazirlərə və ya fələstinlilərə qarşı zorakılıqda iştirak edən məskunlaşanlara qarşı sanksiyalar da tətbiq edə bilərdi. Lakin Tramp bunun əksini edib: radikallara "yaşıl işıq" yandırıb, fələstinliləri isə viza qadağaları ilə cəzalandırıb.

Zəifliyin nəticələri

Trampın zəifliyi müharibələri dayandırmadığı kimi, ABŞ-ın dünyadakı nüfuzunu da ciddi zədələyir. Avropa ölkələri artıq Vaşinqtona güvənməyin mümkünsüz olduğunu anlayır və yeni reallığa uyğun strategiyalar qururlar. Yaxın Şərqdəki tərəfdaşlar isə Trampın siyasətinin Netanyahunun ambisiyalarına qurban verilməsindən narazıdır və Çinə, Rusiyaya yaxınlaşırlar. Bu dəyişikliklər sürətlə baş verməyəcək, amma proses artıq başlayıb.

Əslində, dünyanın bütün münaqişələri bir şəxsin - hətta ABŞ prezidentinin iradəsi ilə dayandırılacağını gözləmək sadəlövhlük olardı. Amma Tramp özü dünyanı belə yüksək gözləntilərə hazırlayıb. Ona görə də onun uğursuzluqları daha da aydın görünür. Tramp yalnız Ukrayna və Qəzzadakı müharibələri bitirməyib. Onun tələskən müdaxilələri, ictimaiyyət qarşısında oynadığı şou və qərəzli yanaşması həmin müharibələrin davam etməsinin səbəblərindən birinə çevrilib".

Müəllif: Aleksandra Appelberq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri