Icma.az
close
up
RU
“Tramp günahı Zelenskinin üstünə ata bilər” Putindən “yox” cavabı alan Tramp nə edəcək? AzPolitika onlayn siyasiictimai qəzet

“Tramp günahı Zelenskinin üstünə ata bilər” Putindən “yox” cavabı alan Tramp nə edəcək? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna ilə bağlı seçkidən əvvəlki ritorikası getdikcə dəyişməyə başlayır. Seçkidən əvvəl müharibəni hələ Ağ Evə qədəm qoymadan “24 saata bitirəcəyini” vəd edən Tramp indi daha ehtiyatlı danışır və sadəcə, “Rusiya və Ukrayna dayanmalıdır, biz bunun üzərində işləyəcəyik” deyir. Bu gedişat əvvəlki prezidentliyi dövründə də xarici siyasət məsələlərində hər hansı bir parlaq uğura imza atmayan Trampla bağlı ümidləri getdikcə zəiflədir...

İndi əsas sual budur ki, Tramp Ukraynada müharibəni dayandıracağına dair vədini yerinə yetirə biləcəkmi və tərəfləri razılığa gətirə bilməsə, hansı addımları atacaq?

“AzPolitika” xəbər verir ki, “Financial Times” bu mövzuyla bağlı Ukraynanı heç də sevindirməyəcək proqnozla çıxış edib. Qəzet hesab edir ki, Tramp Ukrayna münaqişəsinə son qoya bilməməsinin günahını Volodimir Zelenskinin üzərinə ata və onu Rusiya Federasiyası ilə danışıqlarda güzəştə getməkdən imtina etməkdə günahlandıra bilər.

Henri Kissincer Qlobal Məsələlər Mərkəzinin Britaniyada yaşayan rus tarixçisi Sergey Radçenko “Financial Times”-a müsahibəsində qeyd edib ki, “köhnə-yeni” Amerika liderinin “Ukrayna Silahlı Qüvvələrinin cəbhədə uğur qazanmasını gözləmək üçün səbri tükənə bilər”. Radçenko hesab edir ki, Tramp münaqişənin nizamlıanması məsələsində Moskva ilə fikir ayrılığı yaşayacaq. Çünki Trampın seçilməsindən sonra Kreml heç də müharibə ilə bağlı mövqeyini yumşaltmayıb. Əksinə, hücumlar daha da şiddətlənib və müharibənin əvvəlindəki tələblər daha da sərtəşdirilib.

Qeyd edək ki, Putinin Almaniya kansleri Olaf Şoltsla telefon danışığından sonra Rusiyanın Odessaya və digər şəhərlərə kütləvi raket hücumları, onlarla dinc sakinin həlak olması, mülki infrastrukturun dağıdılması, eləcə də Sergey Lavrov və Dmitri Peskovun açıqlamaları bir daha Kremlin hər hansı güzəştə hazır olmadığını göstərir. Putinin müharibəni real, müstəqil Ukrayna dövlətçiliyinin aradan qaldırılmasına qədər davam etdirməkdə israrlı olduğunu bir daha təsdiqləyir. Dmitri Peskov hətta Kremlin münaqişənin hazırkı təmas xəttində dayandırılmasının belə qəti əleyhinə olduğunu açıq bəyan edib. Bütün bunlardan sonra Trampın Putini necə “yola gətirəcəyi”, Baydenin edə bilmədiyi nəyi edə biləcəyi böyük sual doğurur...

Bütün bunları nəzərə alan “Fiancial Times” Rusiya ilə danışıqlarda uğursuzluğa düçar olan Trampın məsuliyyəti Zelenskinin üzərinə atması variantını istisna etmir. Hətta qəzetə danışan Radçenkonun fikrincə, yeni Amerika Prezidenti “Rusiyanın qalib gəlməsinə imkan verərək Ukraynanı tərk edə bilər”.

Təəssüf ki, bu ssenari hər nə qədər acınacaqlı olsa da Qərbin bütünlükdə indiyə qədərki ikiüzlü siyasəti nəzərə alındıqda heç də utopik görünmür...

C.Məmmədov

“AzPolitika.info”  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri