Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Tramp böyük liderdir, Zelenskinin yerinə isə... Putindən BƏYANAT

Tramp böyük liderdir, Zelenskinin yerinə isə... Putindən BƏYANAT

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin VGTRK-nın müxbiri Pavel Zarubinlə görüşüb.

Sfera.az TASS-a istinadən Rusiya prezidentinin əsas bəyanatlarını təqdim edir:

Dövlət başçısı amerikalı həmkarı Donald Trampın Kiyevin hazırkı hakimiyyətİ ilə bağlı mövqeyini rasional adlandırıb və Ukraynada seçkilərin onun dövlətçiliyinin qorunub saxlanmasına kömək edəcəyi barədə fikirlərini bildirib.

Putin qeyd edib ki, Rusiya nadir torpaq metal ehtiyatlarına görə dünyada şəksiz liderlərdən biridir:

“Bizim bu ehtiyatlarımız şimalda, Murmanskda və Qafqazda, Kabardin-Balkarda, Uzaq Şərqdə, İrkutsk vilayətində, Yakutiya və Tıvada var. Nadir torpaq metalları müasir iqtisadiyyatın ən mühüm resurs bazasıdır. Biz indiyədək bu istiqamətdə kifayət qədər iş görməmişik. Biz daha çox iş görməliyik. Rusiya nadir metallar sənayesində istənilən xarici tərəfdaşlarla, o cümlədən amerikalı tərəfdaşlarla işləməkdən məmnun olardı. Moskva amerikalı və digər xarici partnyorlara nadir torpaq mədənləri layihələrində, o cümlədən Donbassda və Novorossiyada iştirakı təklif etməyə hazırdır. Orada da müəyyən ehtiyatlar var. Biz orada tərəfdaşlarımızla, o cümlədən amerikalılarla işləməyə hazırıq.

Rusiya və ABŞ alüminium istehsalı üzrə birgə işi də nəzərdən keçirə bilər. Məsələn, Krasnoyarsk vilayətində hələ sovet dövründə yeni su elektrik stansiyasının tikintisi və əlavə alüminium istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulurdu. Əgər Amerika şirkətləri Rusiyada işləsələr, onlar layiqli qazanc əldə edəcəklər və müvafiq miqdarda alüminium daxili bazara tamamilə məqbul bazar qiymətləri ilə çatdırılacaq. Burada düşünməli çox şey var”.

Rusiya lideri vurğulayıb ki, ABŞ-Ukrayna arasında nadir metallar və digər ehtiyatlar üzrə gözlənilən saziş Rusiyaya heç bir şəkildə təsir göstərmir:

“Təbii ki, bu resursun nə dərəcədə real olduğunu, nə qədər baha başa gəldiyini və s. qiymətləndirmək lazım idi. Rusiya və ABŞ şirkətləri Ukrayna tənzimlənməsi çərçivəsində iri iqtisadi layihələri müzakirə edirlər. Bəzi şirkətlərimiz bir-biri ilə əlaqə saxlayır və bu cür layihələri müzakirəyə çıxarırlar".

Dövlət başçısının sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Kiyev hakimiyyəti ilə bağlı hərəkətləri emosiyalara deyil, rasional soyuq hesablamaya, “mövcud vəziyyətə rasional yanaşmaya” əsaslanır:

"O, irəli gedə və münaqişənin həlli istiqamətində işləyə bilər. Bu məncə, onun xarakterindədir. O, düz və çox utanmadan hərəkət edir. Onun özünəməxsus mövqeyi var. Tramp təkcə nə düşündüyünü demir, həm də istədiyini deyir. Bax, bu, liderin, böyük liderlərdən birinin imtiyazıdır".

Rusiya və ABŞ-nin Ukraynada tezliklə sülhə nail olmaq istədiyini vurğulayan Putin rejimin hazırkı rəhbərinin bu məqsədə mane olduğunu deyib:

“Volodimir Zelenski Ukraynanın parçalanması faktorudur, Tramp bunu dərk edir və orada siyasi mühiti canlandırmaq, Ukrayna dövlətinin sağ qalmasına şərait yaratmaq istəyir. Ümumiyyətlə, bu, Rusiyanın xeyrinə deyil, indiki rejimlə münaqişəmiz var, bu isə Ukraynanın özünün xeyrinədir. Volodimir Zelenski əsassız olaraq yüksək itkilərə səbəb olan hərbi deyil, siyasi mülahizələrin diktə etdiyi gülünc əmrlər verir. Rusiya Ukrayna dövlətçiliyinin qorunub saxlanmasının əleyhinə deyil, lakin ölkədən düşmən körpübaşı kimi istifadə edilməməlidir. Belə ki, o, sonda dost qonşu dövlətə çevrilsin. Volodimir Zelenskinin hakimiyyətdə qalması Rusiyaya fayda versə də, Ukrayna xalqının etimadını qazanan insanları hakimiyyətə gətirmək Ukrayna dövlətçiliyinin marağındadır”.

O qeyd edib ki, Volodimir Zelenski danışıqlardan çəkinir:

“Çünki bu danışıqlar gec-tez başlasa, çox güman ki, tezliklə hərbi vəziyyətin ləğvi zərurətinə səbəb olacaq. Və bu baş verən kimi dərhal seçkilərin keçirilməsi zəruri olacaq. Zelenski bütövlükdə cəmiyyət üçün zəhərlidir. Bunu Radada (Ukrayna parlamenti – red.) onun səlahiyyətlərinin uzadılması ilə bağlı keçirilən səsvermə sübut edir. Ukraynanın keçmiş ali hərbi komandiri Valeri Zalujnının reytinqi Volodimir Zelenskidən iki dəfə yüksəkdir”.

Putin vurğulayıb ki, Rusiya BRİKS tərəfdaşlarının Ukrayna ilə bağlı təşəbbüslərinə hörmətlə yanaşır: 

"Mən bu gün Çin prezidenti ilə bu barədə danışdım. Moskva Aİ-nin Ukrayna nizamlanmasında iştirakına qarşı deyil, digər ölkələrin mövqeyini vacib sayır. Biz isə buna hörmətlə yanaşırıq. Avropa ölkələrinin hazırkı liderləri Kiyev rejiminə bağlıdırlar. Onlar isə həddən artıq çox şeylər deyiblər və vədlər veriblər. İndi isə onlar üçün simasını itirmədən bu vəziyyətdən çıxmaq çox çətindir və ya praktiki olaraq mümkün deyil".

Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:303
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 Fevral 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri