Tramp həmin xəbərləri təkzib etdi
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında aparılan danışıqların dayandırılması barədə mətbuatda yer alan məlumatları təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünə məxsus “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
Mətbuatda tirajlanan xəbərləri kəskin tənqid edən Tramp bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“İran İslam Respublikası ilə ABŞ-nin bir neçə gün əvvəl danışıqları dayandırması barədə saxta xəbərlər tamamilə səhv və etibarsızdır”.
Qeyd edək ki, iyunun 1-də İranın “Tasnim” agentliyi rəsmi Tehranın İsrail Livan ərazisindən ordusunu çıxarmayana və hərbi əməliyyatları tam dayandırmayana qədər ABŞ ilə dialoqu dondurduğunu idarə etmişdi. Məlumatda həmçinin Tehranın Vaşinqtonla vasitəçilər üzərindən həyata keçirdiyi mətn mübadiləsini dayandırdığı vurğulanırdı.
Bununla yanaşı, “The New York Times” qəzeti mayın 31-də dərc etdiyi məqalədə ABŞ liderinin İrana qarşı potensial sazişin şərtlərini sərtləşdirdiyini və xüsusilə İslam Respublikasının dondurulmuş aktivlərinin sərbəst buraxılması ilə bağlı bəndlərə yenidən baxdığını yazmışdı.
Baxış sayı:112
Bu xəbər 02 İyun 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















