Tramp hiddətləndi: Şirkətlərinizi ABŞ yə köçürün
Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çinin ABŞ-dən idxal olunan mallara tətbiq olunan əlavə gömrük rüsumlarını 84 faizə qədər artırması ABŞ Prezidenti Donald Trampın sərt reaksiyasına səbəb olub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tramp sosial media platforması “Truth Social” üzərindən paylaşım edərək, xüsusilə "Apple" olmaqla bir çox şirkətə çağırış edib.
“Şirkətinizi Amerika Birləşmiş Ştatlarına köçürmək üçün möhtəşəm bir vaxtdır! "Apple" kimi bir çox şirkət bunu rekord sayda edir. Sıfır gömrük rüsumu, demək olar ki, dərhal elektrik və enerji bağlantısı, həmçinin sürətli təsdiqlər mövcuddur. Ekoloji gecikmələr yoxdur. Gözləməyin, dərhal hərəkətə keçin!”, -Tramp bildirib.
Trampın bu çağırışı Çinlə iqtisadi münasibətlərdəki gərginliyin daha da artacağına işarə edir.
Fidan Hacızadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 09 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















