Icma.az
close
up
RU
Tramp İrana hücum qərarını verəndə qolf oynayırmış

Tramp İrana hücum qərarını verəndə qolf oynayırmış

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Hərbi Hava Qüvvələrinin strateji “B-2 Spirit” bombardmançıları iyunun 22-nə keçən gecə İranın Nətənz, Fordo və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinə kəskin hava zərbələri endirib.

Modern.az xəbər verir ki, Qərb mətbuatında əməliyyatla bağlı bir sıra detallar dərc edilib.

“The New York Times”ın məlumatına görə, əməliyyatdan öncə ABŞ ordusu İran radarlarını çaşdırmaq üçün xüsusi plan hazırlayıb. Belə ki, Missuri ştatındakı bazadan iki “B-2” qrupunun eyni vaxtda havaya qalxması qərara alınıb. Birinci qrup Quama doğru açıq uçuş edib, transponderlərini aktiv saxlayaraq kommersiya peykləri tərəfindən müşahidə edilib. Əsas hücum qüvvəsi olan yeddi “B-2” isə tam döyüş yükü ilə transponderləri söndürülmüş halda İrana istiqamətlənib.

Bu tip bombardmançılar “GBU-57” bunker dağıdan bombaları ilə təchiz olunmuş yeganə platformadır və İranın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanması çox çətindir.

“Axios”un xəbərinə əsasən, ABŞ prezidenti Donald Tramp hücum qərarını iyunun 21-də Bedminsterdəki şəxsi qolf klubunda olarkən verib. Müdafiə naziri Pit Heqsetin əmri ilə “B-2” bombardmançıları artıq havaya qalxmışdı və “radio səssizlik nöqtəsi”nə yaxınlaşırdılar. Məhz bu mərhələdə Tramp son təsdiqini verib.

Zərbələrin başladığı anda ABŞ prezidenti artıq Vaşinqtona qayıtmışdı. Eyni zamanda, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçiyə hücumun yalnız nüvə proqramı ilə məhdudlaşdığını və ABŞ-ın hələ də diplomatik həll yolu axtardığını bildirib.

Xatırladaq ki, prezident Tramp hücumun nəticəsi olaraq İranın əsas zənginləşdirilmiş uran obyektlərinin “məhv edildiyini” qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri