Tramp: “İrana qarşı mümkün yeni hücumda Kazma dağı hədəf alına bilər”
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp İranın yeraltı nüvə obyektinin yerləşdiyi iddia edilən Kazma dağına mümkün hücum barədə danışıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp Newsmax telekanalına müsahibəsində ABŞ Kazma dağını hədəf almaq variantını nəzərdən keçirir. Onun sözlərinə görə, zərurət yaranarsa, həmin əraziyə zərbə endirilə biləcəyini deyib.
ABŞ prezidenti İrana qarşı mümkün əməliyyatda "bütün bombaların anası” kimi tanınan MOAB bombasından istifadə ediləcəyi ilə bağlı suala cavabında bildirib ki, bu bomba nüvə silahı deyil. Bununla belə, onun İrana qarşı tətbiq olunub-olunmayacağı barədə dəqiq fikir bildirməyib.
Tramp ABŞ-ın İranın nüvə silahına sahib olmasının qarşısını uzun müddətə almaq istədiyini vurğulayıb. O, Rusiya və Çinlə nüvə silahlarının azaldılması məsələsi üzrə təmasların davam etdiyini də qeyd edib.
İrana qarşı mümkün yeni əməliyyatın quru qoşunlarını əhatə edib-etməyəcəyi barədə suala isə Tramp bunun ehtimalını aşağı qiymətləndirdiyini bildirib.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Oktyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















