Tramp İrana yeni zərbələr endirildiyini açıqladı ABŞ 15 dəqiqəyə...
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp noyabrın 6-da Amerika hərbçilərinin İrana yeni məhdud zərbələr endirdiyini, Hörmüz boğazındakı Keşm adasında zenit qurğusunun məhv edildiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Tramp Floridada, Vest-Palm-Biçə gəldikdən sonra jurnalistlərə açıqlamasında hücumlarla bağlı ətraflı danışmaq istəmədiyini deyib.
“Mən bu barədə danışmaq istəmirəm. Biz kiçik, lakin effektiv zərbələr endiririk. Onlar kiçik bir zenit qurğusu yerləşdirmişdilər, biz isə onu təxminən 15 dəqiqəyə, bəlkə də 5 dəqiqəyə sıradan çıxardıq”, – deyə ABŞ prezidenti bildirib.
İranın “Tasnim” agentliyinin məlumatında Keşm adasına iki raketin düşdüyü bildirilib.
Bundan əvvəl İranın dövlət xəbər agentliyi IRNA yerli sakinlərin uçan aparatın səsini eşitdiyini, bundan sonra adanın cənubundakı Suzi bölgəsinə iki döyüş sursatının düşdüyünü xəbər vermişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 Noyabr 2026 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















