Icma.az
close
up
RU
Tramp İranda hakimiyyətin çökməsi üçün əlindən gələni edəcək ŞƏRH

Tramp İranda hakimiyyətin çökməsi üçün əlindən gələni edəcək ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Söhbət, sadəcə, iqtisadi sanksiyalardan getmir


İran uranın zənginləşdirilməsini davam etdirərsə, bu, növbəti eskalasiyaya gətirib çıxaracaq


"ABŞ İran hökumətinin beynəlxalq maliyyə sisteminə çıxışını kəsəcək". Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib. Skott Bessent bildirib ki, əgər iranlı olsaydım, bütün pullarımı xarici valyutaya çevirərdi: “Bizim yenilənmiş sanksiyalar siyasətimizin başlanğıcı İran iqtisadiyyatının məğlubiyyəti olacaq. İranın neft sektorunu və PUA istehsalı imkanlarını bağlayacağıq”.  


Milli Cəbhə Partiyası başqanınınn müavini, politoloq  Məhəmməd Əsədullazadənin “Sherg.az”a açıqlamasına görə, ABŞ administrasiyasının İrana tətbiq etdiyi sanksiyalar, xüsusilə də ölkənin neft sektoruna məhdudiyyətləri ölkə daxilində sosial və siyasi gərginliyə gətirib çıxaracaq: 


“Onsuz da İran rialının dollar qarşısında dəyərdən düşməsi hər keçən gün əhalinin real alıcılıq qabiliyyətini aşağı salır. Ölkədə inflyasiyanın psixoloji həddi keçməsinə gətirib çıxarır. Ölkə iqtisadiyyatının tənəzzülünün isə hakimiyyət daxilində siyasi qruplar arasında qarşıdurmaya yol açmasına gətirib çıxarması istisna deyil. Prezident M.Pezeşkian islahatçı qanadı təmsil etməsinə baxmayaraq, Qərblə dialoq baş tutmur. Çünki SEPAH və mühafizəkar dairələr İranın xarici siyasətində sərt xətti davam etdirməklə, Qərblə normallaşmanın qarşısını alırlar. Məhz Qərblə danışıqlar üçün görəvləndirilən xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefası isə İranın işinin daha da çətinləşəcəyini göstərir”.


Politoloqun sözlərinə görə, ABŞ qeyd edilən sanksiyaları tətbiq edib, İran hökumətinin beynəlxalq maliyyə sisteminə çıxışını kəssə, İran neft çıxarmasını dayandıra bilər. Çünki neft satışından valyuta daxil olmasa, neftin çıxarılması baha başa gələcək. M.Əsədullazadə həmçinin qeyd edib ki, D.Tramp İranda hakimiyyətin çökməsi üçün əlindən gələni edəcək: 

“Söhbət sadəcə iqtisadi sanksiyalardan getmir. İran uranın zənginləşdirilməsini davam etdirərsə, bu, növbəti eskalasiyaya gətirib çıxaracaq. Artıq ABŞ İsrailə İranın yeraltı nüvə və raket bunkerlərini dağıda bilən bombalar verib. İran rejimi öz hərbi imkanlarını genişləndirsə də, havadan müdafiə sistemləri sıradan çıxarılıb. Ölkə havadan hücum təhlükəsinə görə müdafiəsiz qalıb.  Fikrimcə, İranın nüvə və raket mərkəzlərinə hava hücumları istisna deyil”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Mart 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri